Sosial

“ASAN xidmət”in uğuru  İndoneziya mətbuatında

4 Oktyabr 2017 09:12

İndoneziya “ASAN xidmət” təcrübəsi əsasında inteqrasiya olunmuş dövlət xidmətləri göstərən vahid mərkəz açmağa hazırlaşır. Olaylar bildirir ki, bu barədə İndoneziyanın nüfuzlu mətbu orqanında qeyd olunub. Məqalədə ötən həftə İndoneziya Prezidentinin xüsusi elçisi, eyni zamanda İndoneziyanın İnzibati və Bürokratik İslahatlar nazirinin müavininin başçılıq etdikləri nümayəndə heyətlərinin ölkəmizdə səfəri, “ASAN xidmət” modeli ilə yaxından tanış olmaları barədə geniş məlumat yer alıb. “ASAN xidmət”in uğurları, 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülməsi xüsusi vurğulanıb.  Azərbaycanda inteqrasiya olunmuş dövlət xidmətləri göstərən mərkəz vahid məkanda vətəndaşa 400-ə yaxın xidmət təqdim edir. İndoneziyanın Banyuwangi əyaləti də bunu həyata keçirmək istəyir, bunun üçün də bu istiqamətdə fəaliyyətini təkmilləşdirir.

Zəlzələ - Qubada

4 Oktyabr 2017 09:08

Mehriban Zeynalova: "Qərb mediası Azərbaycana qarşı piar qurmaq üçün fürsət axtarır"

3 Oktyabr 2017 20:00

“Şəxs öz vəziyyətilə bağlı məlumatlıdırsa, müalicə üçün qeydiyyatdadırsa və buna rəğmən müalicədən imtina edərək cəmiyyətə ciddi təhlükə yaradırsa, bu istənilən ölkədə cinayət hesab olunur”.

Sosioloq: "Bu hərəkətləri küçədə hetero insan da etsə, eyni münasibətlə üzləşəcək"

3 Oktyabr 2017 19:52

“Son hadisələr və müşahidələr bunu deməyə əsas verir ki, qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanlar yüngül həyat tərzi keçirirlərsə, küçələrdə öz xidmətlərini təklif edirlərsə, onların arasında cinsi yolla keçən xəstəlik daşıyıcılarının sayı da artır”. Bunu sosioloq Cavid İmamoğlu deyib. Onun sözlərinə görə, beynəlxalq təcrübə, aparılan araşdırmalar göstərir ki, cinsi davranış və cinsi yolla xəstəliyə yoluxmaq riski daha böyükdür: “Məsələn, Amerika və Avropada aparılan tədqiqatlar göstərib ki, homoseksual münasibəti olan, məsələn, biseksual qadın və biseksual kişilər arasında cinsi yolla keçən xəstəliklərin sayı daha çoxdur, nəinki heteroseksual həyat yaşayanlar arasında. Azərbaycanla bağlı heç bir araşdırma, məlumat bazası olmadığına görə, biz tədqiqata söykənən fikir deyə bilmirik.

Yüksək qızdırmadan təbii yollarla qurtulun!

3 Oktyabr 2017 18:52

Müxtəlif xəstəliklər nəticəsində yüksələn temperatur bədəndə ciddi ziyanlara səbəb ola bilir. Yüksək temperaturun gəlişini xəbər verən ən əsas əlamətlər isə üşümə hissi və bədənin nəzarət edilə bilməyəcək şəkildə titrəməsidir deyən mütəxəssislər bu qarışıqların yüksək atəşi salmağa təsirli olduğunu bildirir:

Qış pəhrizi

3 Oktyabr 2017 18:48

Qış elə bir fəsildir ki, istər-istəməz artıq kilolar meydana gəlir və qalın geyim onları “ört-bastır” edir. Nəticədə, biz qış boyu qazandığımız artıq çəkilərdən yalnız yaz-yay aylarında xilas olmağa başlayırıq. Amma bu qədər gözləməyə dəyməz! Hər fəslin öz pəhrizinə əməl etməklə, artıq çəkidən xilas olmaq mümkündür.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb

3 Oktyabr 2017 18:19

Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclasında iştirak edən Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir çərçivəsində BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.

Bakıda direktor işdən çıxarıldı

3 Oktyabr 2017 17:59

Baş İdarənin şəbəkəsinə daxil olan mədəniyyət evlərində kadr dəyişikləri edilib. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən şəbəkəsinə daxil olan bir neçə mədəniyyət evlərinin rəhbərliyində yerdəyişmələr olub. H.Abbasov adına mədəniyyət evinin direktoru Vüqar Elşad oğlu Ağayev işdən azad olunaraq, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinə, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinin direktoru Fazil Mütəllim oğlu Vəliyev isə M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinə direktor vəzifələrinə təyin olunublar.

Vaqif Əsədovdan Nura Suri açıqlaması: "…cəzasız qalmayacaq"

3 Oktyabr 2017 17:54

Tanınmış müğənni Nura Surini "Porsche" markalı avtomobili Dövlət Statistika Komitəsinin qarşısından cərimə meydançasına aparılıb. Buna ifaçının maşını qadağan olunmuş yerdə saxlaması səbəb olub. Bu barədə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva saytımıza açıqlamasında deyib. Onun sözlərinə görə, Nura Suri cərimə meydançasından avtomobilini bir qəpik ödəmədən çıxarıb: "Mən taksi ilə Tbilisi prospektində yerləşən cərimə meydançasında getdim. Gördüm ki, arxamca Nura Suri də gəldi. Onda zarafatyana dedim ki, Nura xanım, deyəsən "qaişnik"lərin pulu qurtarıb. O isə dedi ki, nə pul? Bir qəpik də ödəmədən buradan çıxıb gedəcəm. Bir də gördüm ki, şlaqbaum açıldı, Nura Suri də sürətlə çıxıb getdi. Mən isə 20 manat evakuatora görə cərimə ödədim. Kəsilən cərimənin 20 manatını da banka ödəyəcəm".

Azərbaycanla Avropa İttifaqı arasında yeni Saziş layihəsi müzakirə olunub

3 Oktyabr 2017 17:51

Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsinin ticarət, sərmayə, enerji ticarəti məsələləri hissəsi üzrə danışıqların növbəti mərhələsi keçirilib. “OLAYLAR”-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, müzakirələrdə Energetika Nazirliyini Hüquqi münasibətlər şöbəsinin böyük məsləhətçisi Aygün Əliyeva təmsil edib. Tədbirdə Saziş layihəsinin “Ticarət və davamlı inkişaf”, “Enerji və xammal”, “Əmtəə ticarət” və “Ticarətdə texniki maneələr” fəsilləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Layihənin “Enerji və xammal” bölümünün ilk dəfə olaraq təqdimatı keçirilib. Təqdimatda yer alan enerji xammal və məhsullarının ixrac qiymətləri, tranziti, Azərbaycanın enerji infrastrukturuna üçüncü tərəflərin cəlbi, “Müstəqil Tənzimləyici Orqan”ın yaradılması məsələləri ilə bağlı qurumun irəli sürdüyü müddəalar nəzərdən keçirilib. Azərbaycanın enerji bazarının öyrənilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan tərəfi layihənin daxili müzakirələr əsnasında dəyərləndirilməsinin vacibliyini və konkret mövqenin bundan sonra bildiriləcəyini diqqətə çatdırıb.

Bu şəxslərdə zöhrəvi xəstəliklər çox olur

3 Oktyabr 2017 17:42

"Cinsi orientasiya fərqi olan insanlar yoxlanıldıqda onlarda zöhrəvi xəstəliklər çox olur". Bunu Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcov deyib. Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı belə hallarla rastlaşırlar: "Cinsi azlıqlarda da az rast gəlinən zöhrəvi xəstəliklər ola bilər. Bizim təcrübəmizdə belə xəstələr olur". Dəri-zöhrəvi xəstəliklərə çox ciddi yanaşılmanı vacib sayan baş mütəxəssis bildirib ki, cinsi azlıqlara mənsub olanlar qınanıb-qınanmayacaqlarına əhəmiyyət vermədən həkimə müraciət etməlidirlər.

Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

3 Oktyabr 2017 17:11

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov sentyabrın 19-da Xidmətin Sumqayıt şəhər idarəsində vətəndaşları qəbul edəcək.