Sosial

Bölgələrdə insan alverinin qarşısının alınması üçün maarifləndirmə işləri aparılır

4 Oktyabr 2017 12:29

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən "Məcburi əməyə və insan alverinə qarşı mübarizə mövzusunda seminarların təşkili və monitorinqlərin aparılması" layihəsi çərçivəsində Qəbələ və Oğuzda seminarlar keçirilib.

Məktəb direktorları ilə görüş keçirilib

4 Oktyabr 2017 12:29

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. “OLAYLAR”-a verilən məlumata görə, BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşdə yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetməsi məsələlərindən bəhs olunub. 

V-IX əsrlərə aid abidə aşkar edildi - AZƏRBAYCANDA

4 Oktyabr 2017 12:26

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib. Olaylar bildirir ki, Tülü türbəsinin Şərq divarlarında aparılmış arxeoloji kəşfiyyat işləri nəticəsində onun Qafqaz Albaniyasının xristian abidəsinin zəng qülləsi və ya nar tekseri olduğu müəyyən edilib. Ümumi uzunluğu 12 metr 70 santimetr olan Qafqaz Albaniyasına məxsus Alban xristian abidəsi tədqiqata cəlb edilib.

Azərbaycanda məişət zorakılığı ilə bağlı elektron məlumat bankı təqdim olundu

4 Oktyabr 2017 12:11

Azərbaycanda məişət zorakılığı ilə bağlı elektron məlumat bankı təqdim olunub. Məlumat bankının bu gün keçirilən təqdimat mərasimində çıxış edən BMT Əhali Fondunun Baş müşaviri Fərid Babayev deyib ki, məlumat bankının olması bu sahədəki dinamikanı müşahidə etməyə imkan verəcək.

Şeyx haqqında yazılanlara münasibət bildirdi:  “Bunların hamısı iftiradır”

4 Oktyabr 2017 11:58

“Mən artıq 40 ilə yaxındır ki, Şeyxülislam məqamını daşıyıram. Uca Allah qarşısında, Vətənim Azərbaycan və xalqımız qarşısında məsuliyyət və mənəvi borcuma hər zaman sadiq olmuşam, ən mürəkkəb zamanlarda ədalətli mövqedən geri çəkilməmişəm. Əməllərim Uca Allaha, fəaliyyətim doğma xalqıma məlumdur. Xalqımızın Ümummilli Lideri, xatiri mənim üçün əziz olan qardaşım Heydər Əliyev həzrətləri hər zaman mənim fəaliyyətimi yüksək dəyərləndirib”.

Şamaxıda xilas edilən Rusiya vətəndaşlarının adları açıqlandı

4 Oktyabr 2017 11:43

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 3-də saat 11 radələrində Şamaxı rayonunun Pirbəhli kəndinin dağlıq ərazisində Rusiya Federasiyası vətəndaşları olan turistlər - Yuriy Sıvarnik və Olqa Juravlyova havanın yağışlı olması və dağ yolunun yararsız hala düşməsi ilə əlaqədar idarə etdikləri “Nissan Patrol” markalı avtomobildə köməksiz vəziyyətdə qalıblar.

Nazirlik 31350 manat məbləğində cərimə tətbiq etdi

4 Oktyabr 2017 11:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentindən Olaylar-a verilən məlumata görə, ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılan araşdırma nəticəsində bəzi şəxslər cərimələnib, bəzilərinin işi hüquq mühafizə orqanlarına göndərilib. 

Gənclər üçün “Gənclər və Elektron Hökümət” mövzusunda təlimlər təşkil edilir  

4 Oktyabr 2017 11:11

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökümət Təlim-Tədris Mərkəzi, Məlumat Hesablama Məkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclər təşkilatlarınin rəhbər və nümayəndələri üçün həyata keçirilən təlimlər davam edir. 29 sentyabr tarixində növbəti təlim "Gənclər və Elektron Hökumət" mövuzusunda baş tutub. “OLAYLAR”-a daxil olan məlumata görə, layihənin məqsədi gənclər təşkilatlarının rəhbər və nümayəndələrini qeyd olunan ixtisaslar üzrə təhsil alan gənclərin maarifləndirməsi, onların “Elektron hökumət” xidmət sahələrində fəallığının artırılmasıdır.

Lerikə 20 sm qalınlığında qar yağdı

4 Oktyabr 2017 11:00

Oktyabrın 3-ü gündüzdən 4-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb.

Qlobal təhlükə: yay fəsli uzanır - Azərbaycan hərəkətə keçdi

4 Oktyabr 2017 10:55

Son 100 ildə Azərbaycanda orta temperatur təxminən 1 dərəcə yüksəlib. Qlobal  İqlim dəyişməsinin gələcək xüsusiyyətlərindən biri fəsillərin qanunauyğunluğunda müəyyən dəyişmələrdir. İsti fəslin, yəni yayın ömrü uzanacaq, soyuq fəslin - qışın ömrü azalacaq. Bu problem qlobal problemdir, planetimiz yavaş-yavaş qızmaqdadır.

Çin nümayəndə heyəti ilə görüş keçirilib

4 Oktyabr 2017 10:34

Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Şanxay Əməkdaşlıq Təşkilatı Sərhəd Əməkdaşlıq Komitəsinin Baş katibinin müavini professor Vey Vanın rəhbərlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının Beynəlxalq Hüquq Hazırlığı və Əməkdaşlığı Mərkəzinin Şanxay Siyasi-Hüquq Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Olaylar bildirir ki, tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çinin “İpək yolu iqtisadi qurşağı” və “XXI əsrin Dəniz İpək yolu” layihələrini birləşdirən “Bir kəmər - bir yol” konsepsiyasının ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib. O, həmçinin Azərbaycana ŞƏT tərəfindən dialoq üzrə tərəfdaş statusu verildiyini vurğulayıb. Eyni zamanda, ŞƏT üçün aktual olan, Azərbaycanın zəngin təcrübəsinin olduğu sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın geniş perspektivlərinin olduğunu qeyd edib. Görüşdə Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua Çinin “Bir kəmər - bir yol” qlobal layihəsinin tarixi İpək yolunun dirçəlməsi istiqamətində tədqiqatlar aparan Konfutsi İnstitutunun tədris prosesində rolu və ictimai fəaliyyəti barədə məlumat verib.