Sosial

Azərbaycanda körpələrin 50 faizi ana südi ilə qidalanır

4 Oktyabr 2017 17:45

"Azərbaycanda 1992-ci ildən bu günədək olan statistikaya nəzər salsaq ana südü ilə qidalanmanın iki dəfə artığını görərik. Belə ki, 1992-ci ildə əgər uşaqların 25 faizi ana südü ilə qidalanırdısa, hazırda bu rəqəm 50 faiz və daha çox təşkil edir. Bu rəqəmin 100 faizə çatdırılması istiqamətində işlər aparılır". Bu barədə  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rusiya Polad Bülbüloğlunu dəstəklədi

4 Oktyabr 2017 17:37

Moskva YUNESKO-nun baş direktoru vəzifəsinə iddiaçı kimi Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir. Bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib. "Seçkilər bazar ertəsi keçiriləcək. Ehtimal ki, bir neçə tur olacaq. Azərbaycan bizim prioritetimiz olaraq qalır, sonra vəziyyətə baxacağıq", - deyə nazir müavini vurğulayıb.

Azərbaycan ruhanilərindən Aşurada başyarma hadisəsinə SƏRT ETİRAZ

4 Oktyabr 2017 17:34

Dünən sosial şəbəkələrdə Aşura mərasimində bir qrup şəxsin qəmə vurduğu barədə video paylaşılıb. Bakının Binə qəsəbəsinin "Atçılıq sovxozu" deyilən ərazisində baş verən bu hadisə insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Mikaela Meredis: Dünyada hər 3 qadından biri ya döyülür, ya cinsi əlaqəyə məcbur edilir

4 Oktyabr 2017 17:13

Dünyada hər 3 qadından biri ya döyülür, ya cinsi əlaqəyə məcbur edilir, yaxud digər tərzdə zorakılığa məruz qalır. Bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis deyib.

Ölkədə gender və uşaq zorakılığı üzrə monitorinq qrupları yaradılıb

4 Oktyabr 2017 17:11

 “Prezident İlham Əliyev və respublikanın birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası yaradılıb və gender ekspetizası aparılıb”. Bunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, insan hüquqlarının, xüsusi ilə də qadın və uşaq hüquqlarının qorunması və müdafiəsi sahəsində mövcud qanunların implementasiyası ilə bağlı da artıq müsbət nəticələrimiz var: “Yerliözünü idarəetmə və icra hakimiyyəti strukturlarının nümayəndələri, tələbələr üçün fakultativ dərslər keçirilir.

“Tasua” və “Aşura” günlərində məscidlərdə xüsusi monitorinqlər keçirilib

4 Oktyabr 2017 16:55

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. DQİDK-nin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimatı keçirilib

4 Oktyabr 2017 16:50

 04 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə məişət zorakılığına dair elektron məlumat bankının təqdimatı keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, zorakılıq dünyanın ən mühüm problemlərindən biridir və xüsusən də, məişət zorakılığı öz aktuallığı ilə seçilir. Yaşından, cinsindən, təhsilindən, sosial statusundan, sağlamlıq imkanlarından asılı olmayaraq, heç bir insan zorakılığa məruz qalmaqdan sığortalanmayıb: “Dünyanın diqqətində olan bu problem Azərbaycan cəmiyyətini də narahat edir. Bizim məqsədimiz ailədə, məişətdə baş verən zorakılıq hallarının səbəblərini araşdırmaq, onların qarşısının alınması sahəsində mexanizmləri daha da gücləndirməkdən ibarətdir”.

Azərbaycan ilk top 5-də

4 Oktyabr 2017 16:48

Əmək Nazirliyində Asiya İnkişaf Bankının diaqnostik təlim üzrə missiyası ilə görüş olub

4 Oktyabr 2017 16:48

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) ölkə üzrə diaqnostik təlimlə (CDS) bağlı ilkin missiyası ilə görüş olub.

“Asan İmza” üçün yeni tarif müəyyən edilib

4 Oktyabr 2017 16:44

Cari ilin sentyabr ayından dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “Asan İmza” elektron rəqəmsal imzanın yeni tarifinin tətbiqinə başlanılmışdır. Vergilər Nazirliyindən “Olaylar”a bildirilib ki, dövlət müəssisələrinin büdcədən maliyyələşdirilməsi proseduru və alışların əvvəlcədən planlaşdırılması nəzərə alınaraq dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “Asan İmza” elektron rəqəmsal imzanın əldə edilməsi və istismarı prosesini asanlaşdırmaq məqsədi ilə yeni tarif müəyyən olunmuşdur.

Dövlət komitəsi monopoliya ittihamlarına cavab verdi

4 Oktyabr 2017 16:31

Kərə yağının qiymətində artımın baş verdiyi dövrdə, bu mal növü üzrə gömrük vergi və rüsumlarında hər hansı dəyişiklik olmayıb.  Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda bildirilir ki, qurum bu sahədə inhisarçılığın olmadığını sübut etmək üçün ötən il ölkəyə yağ idxal edilmiş ölkələrin sayını və məhsulların həcmini açıqlayıb:

Ermənilərin hərbi maşını qəzaya düşdü - Yaralılar var

4 Oktyabr 2017 16:25

Son vaxtlar Ermənistan ordusunda silah-texnikanın nasazlığı, xidmətə yarasız, istismar vaxtı bitmiş avadanlıqların istifadəsi nəticəsində şəxsi heyət arasında xəsarət alanların sayı çoxalıb.  Qısa müddət ərzində işğalçı ordunun hərbi hissələrində baş verən hadisələr bunu bir daha sübut edir. Belə ki, işğal olunmuş ərazilərimizdə yerləşən hərbi hissələrdən birində texnikaya qulluq zamanı Lernik Movsesyan adlı əsgər üzərinə silah-sursat yeşiyinin düşməsi nəticəsində xəsarət alıb. Hospitala çatdırılan hərbi qulluqçunun valideynləri isə onun məhz döyüldüyü üçün xəstəxanaya düşdüyünü iddia edirlər.

Azərbaycanda söz və fikir azadlığı ənənəsi mövcuddur

4 Oktyabr 2017 16:22

Söz və mətbuat azadlıqları hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar tam demokratik idarəetmənin qaydaya salınmasında, zorakılığa əl atmadan istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır.

Oxu, ürək dərmanını da yanında saxla...

4 Oktyabr 2017 16:10

Polis əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək cinsi azlıqlarla bağlı əməliyyat tədbiri həyata keçirilib. Nəticədə 83 nəfər saxlanılıb. Müayinə zamanı məlum olub ki, onlar dəri-zöhrəvi və müxtəlif ("AİDS”, "HİV”, "sifilis”, "kəskin uretrit, candida albikas və trixomonias”, "Hepatit HVC”) xəstəliklərinin daşıyıcılarıdırlar. Lakin bu vacib əməliyyatı Qərb mediası cinsi azlıqlara qarşı ayrı-seçkilik, təzyiq kimi qələmə verməyə, göstərməyə çalışıb. Bəs bu həbslərin siyasiləşdirilməsində, guya cinsi azlıqların hüquqlarının pozulması kimi qələmə vermiləsində məqsəd nədir? 

Yol polisi sürücülərə müraciət etdi - "Diqqətli olun"

4 Oktyabr 2017 16:07

Faktiki hava şəraiti ilə bağlı Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarənin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov bildirib ki, bu cür hava şəraiti ilə əlaqədar sürücülər həddindən artıq diqqətli olmalıdırlar.