Sosial
Azərbaycanda təbii fəlakət: 367 nəfər təxliyyə olundu
Mülayim hava şəraiti həftə sonuna qədər davam edəcək - RƏSMİ
Son günlər Azərbaycan ərazisində davam edən yağışlı hava bu gündən başlayaraq tədricən istiləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, oktyabr ayının 5-i gündüz saatlarından sonra temperatur dəyişəcək: “Yaxın günlərdə yağışlı hava şəraiti gözlənilmir.
2000 sürücü səs siqnallarına görə cəzalanıb
“Lüzumsuz olaraq səs siqnallarından istifadəyə görə, 2000-dən artıq sürücü məsuliyyətə cəlb edilib”. Bu barədə açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, sürücülər biraz sıxlıq yaranan kimi səs siqnallarından istifadə edirlər. “Onlar elə bilir ki, lüzumsuz olaraq səs siqnalından istifadə etməklə yolları tıxaclardan azad edəcəklər. Bu çox yanlış düşüncədir, onlar bununla həm ətrafdakıları narahat edir, həm də belə hal aşkarlandıqda yol polisi tərəfindən məsuliyyətə cəlb edilib”.
Lerik sakinləri TƏHLÜKƏDƏ - 5 ailə evini tərk etdi
“Son günlər ölkə ərazisində müşahidə edilən leysan xarakterli yağışlar Lerikdə sürüşmə zonalarını aktivləşdirib”. Bu barədə Lerik rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov məlumat verib.
ADU-da çinli alimlərlə görüş keçirilib
Azərbaycanlı qadın oğlanı içirdib qızının yatağına saldı – VİDEO
Kişilərlə gecəsi 3500 dollara görüşdüyü deyilən Nazdan açıqlama - FOTO
Kaliforniya Universiteti Kitabxanasının təmsilçisi MEK-də
Los-Anceles Kaliforniya Universiteti Kitabxanasının Orta Şərq, Cənubi Asiya və İslam ölkələri üzrə təmsilçisi Devid Hörş AMEA Mərkəzi Elmi Kitabxanada olub. Olaylar bildirir ki, görüş çərçivəsində MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxananın yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məlumat verib. Daha sonra amerikalı qonaq sərgi salonu, Akademiklər zalında yaradılan diplomatik korpusların guşələri ilə tanış olub. Köhnə əlaqələrin yenidən bərpası və gələcək əməkdaşlığın prespektivləri müzakirə olunub. Geniş fikir mübadiləsi aparılıb.
Bilik Fondu kolleclərdə mühazirələr keçirdi
Bilik Fondunun "İl boyu bilik" proqramına uyğun olaraq, Bakı Dövlət Sosial-İqtisad Kollecində tədbir keçirilib. Olaylar bildirir ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov tələbələrə “Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda mühazirə deyib. “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamının mahiyyəti barədə ətraflı məlumat verən F.Salmanov gəncliyin öhdəsinə düşən vəzifələrdən danışıb. Gənc alim kollecin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə ona ünvanlanan sualları cavablandırıb.
Diqqət: Yuxu insan beynini zəhərlərdən təmizləyir
Alimlərə görə, beyin bütün gün ərzindəki düşünmə prosesində yığılıb qalmış toksinlərdən yuxu zamanı təmizlənir. Amerika alimlər qrupunun gəldiyi nəticəyə görə "beynin zir-zibildən təmizlənməsi" sistemi yuxunun əsas səbəblərindən biridir. Belə ki, yuxu zamanı beyin hüceyrləri yığılır və beləliklə, neyronlar arasında məsamələr yaratmaqla ora mayenin daxil olmasına imkan verir.
Alkoqol və onun sağlamlığa təsiri
Alkoqolizm, etil spirtinin mütəmadi qəbulu zamanı yaranan, özündə bioloji, psixi, ruhi və sosial problemləri cəmləşdirən xroniki gedişə malik olan narkoloji xəstəlikdir.
ŞOK İDDİA: Rəngli gözlərə sahib olmaq risklidir"
Rəngli gözlərə sahib olmaq cəlbedici olsa da gözün rənginə görə müxtəlif riskləri olurmuş. Məlumata görə rəngli gözlərdə göz infeksiyaları gözqapağında və arpacıqda iltihaba yol açır. Göz qapaqlarındakı yağ vəzilərinin tıxanması nəticəsində gözyaşı ehtiyacı olandan daha az yağa məruz qalır və asan bir şəkildə buxarlaşır. Bu da gözlərdə yanma, qaşınma və rahatsızlıq hissi yaradır.
Duyğusal zəkası güclü olan insanların 9 ÖZƏLLİYİ
Empatiya hissi olan insanların intuitiv xüsusiyyətləri digərlərinə nisbətən daha güclü olur. Belə insanlar özünəməxsus özəllikləri ilə xüsusi diqqət çəkirlər.









.jpg)




