Azərbaycanda təbii fəlakət: 367 nəfər təxliyyə olundu

Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb. Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-nin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərdə xilasetmə işlərini davam etdirir.

Məlumata görə, oktyabrın 4 və 5-də gecə saatlarından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə rayonlarındakı müxtəlif ünvanlarda köməksiz vəziyyətdə qalmış 367 nəfəri təhlükəsiz yerlərə təxliyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00