Kaliforniya Universiteti Kitabxanasının təmsilçisi MEK-də
Los-Anceles Kaliforniya Universiteti Kitabxanasının Orta Şərq, Cənubi Asiya və İslam ölkələri üzrə təmsilçisi Devid Hörş AMEA Mərkəzi Elmi Kitabxanada olub. Olaylar bildirir ki, görüş çərçivəsində MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxananın yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məlumat verib. Daha sonra amerikalı qonaq sərgi salonu, Akademiklər zalında yaradılan diplomatik korpusların guşələri ilə tanış olub. Köhnə əlaqələrin yenidən bərpası və gələcək əməkdaşlığın prespektivləri müzakirə olunub. Geniş fikir mübadiləsi aparılıb.
4 Oktyabr 2017 21:26 SosialLos-Anceles Kaliforniya Universiteti Kitabxanasının Orta Şərq, Cənubi Asiya və İslam ölkələri üzrə təmsilçisi Devid Hörş AMEA Mərkəzi Elmi Kitabxanada olub. Olaylar bildirir ki, görüş çərçivəsində MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxananın yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məlumat verib. Daha sonra amerikalı qonaq sərgi salonu, Akademiklər zalında yaradılan diplomatik korpusların guşələri ilə tanış olub. Köhnə əlaqələrin yenidən bərpası və gələcək əməkdaşlığın prespektivləri müzakirə olunub. Geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, D.Hörş V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunan Mərkəzi Elmi Kitabxananın stendinə xüsusi maraq göstərmişdi.