Sosial

İnsanlara ağır xəsarət yetirən sürücülər tutulmayacaqlar

30 Oktyabr 2017 14:13

Azərbaycanda avtomobil qəzaları zamanı şəxsə az ağır və ağır dərəcəli bədən xəsarəti yetirənlər cinayət məsuliyyətindən azad oluna biləcəklər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov bildirib ki, Milli Məclis son plenar iclasında Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinə dəyişiklik edib və bu dəyişikliklər noyabrın 1-dən qüvvəyə minəcək.

"İranlı Mühacirlər Cəmiyyəti" İB üçüncü "dəyirmi masa"nı Şamaxıda keçirib

30 Oktyabr 2017 14:05

"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədirlərin keçirilməsi" layihəsi çərçivəsində bölgələrdə keçirdiyi "dəyirmi masa"lara yekun vurub. Ötən cümə günü Şamaxı şəhərinin Heydər Əliyev Mərkəzində düzənlənən regional tədbirdə bu rayonda və İsmayıllıda məskunlaşan iranlı mühacirlər, onların ailə üzvləri, eləcə də müxtəlif qurumların təmsilçiləri, media nümayəndələri iştirak ediblər. Gəncə və Zaqatalada olduğu kimi burada da öncə Ümummilli Liderimizin abidəsi ziyarət edilib, ora tər gül-çiçəklər düzülüb.  

Azərbaycanda yayılan sinir sistemi xəstəliklərinin ADLARI açıqlandı

30 Oktyabr 2017 13:36

Azərbaycanda daha çox yayılan sinir sistemi xəstəliklərinin adları açıqlanıb. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da geniş yayılan sinir sistemi xəstəlikləri sırasında ilk yeri damar xəstəlikləri tutur.

Azərbaycanda 100 min əhalidən 300-ə yaxını insult keçirir

30 Oktyabr 2017 13:30

Səhiyyə Nazirliyinin statistikasına əsasən, Azərbaycanda il ərzində 100 min əhali arasında 200-300-ə yaxın insultla xəstələnmə qeydə alınır.  Bunu Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev bildirib.

Azercell-dən bir daha 100 %-lik nəticə

30 Oktyabr 2017 13:19

Hər zaman müştəri məmnuniyyətini üstün tutan  Azercell Telekom sosial şəbəkələrdə də müştərilərinə yüksək səviyyədə xidmət göstərməyə davam edir. Təsadüfi deyil ki, məhz sosial şəbəkələrdə göstərdiyi yüksək aktiv fəaliyyətə görə şirkət dəfələrlə “Socially devoted” sertifikatına layiq görülüb.

İşə qəbul üzrə qeydiyyat başa çatıb

30 Oktyabr 2017 13:09

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb. “OLAYLAR”-a Təhsil İdarəsindən verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 150-yə yaxın şəxs [email protected] elektron poçt ünvanı vasitəsiləqeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Gömrük nəzarətindən gizlədilmiş 1 200 ədəd siqaret aşkar edilib

30 Oktyabr 2017 13:08

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərinə gömrük baxışı keçirilib.“Olaylar” DGK-ya istinadən xəbər verir ki, gömrük baxışı zamanı, həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 1 200 ədəd “Marlboro” markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

158 dövlət əmlakı özəllədirməyə çıxarılır

30 Oktyabr 2017 13:06

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 28-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Komitədən “Olaylar” a verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 158 dövlət əmlakına sahib olmaq imkanı var.

Palata dövlət büdcəsinə rəy verdi

30 Oktyabr 2017 13:04

Hesablama Palatasının növbəti kollegiya iclasında “2018-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələrinə qurumun rəyləri müzakirə edilib.

Hava pisləşəcək- XƏBƏRDARLIQ

30 Oktyabr 2017 12:53

Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında havadəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.  Arabir güclənən şimal-qərb küləyi  gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dilçilik İnstitutu və Tərcümə Mərkəzi ayrı-ayrılıqda orfoqrafiya lüğətləri hazırlayacaq

30 Oktyabr 2017 12:39

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” hazırlanaraq çapa verilib. Bu barədə  Mərkəzin direktoru Afaq Məsud məlumat verib. O bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin bir ay müddətinə nəşri gözlənilir: “Biz Tərcümə Mərkəzi olaraq öz lüğətimizi hazırlayırıq. Dilçilik İnstitutu da öz kitabını hazırlasın. Burada hər hansı bir problem görmürəm”.

Xalq artisti vəfat etdi

30 Oktyabr 2017 12:03

Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib. Bu barədə  xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

"ASAN xidmət" mərkəzlərinə 18 milyonuncu müraciət qeydə alınıb

30 Oktyabr 2017 11:38

61 yaşlı Gəncə sakini Salman Cəlilovun Gəncə “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 18 000 000-cu müraciət kimi qeydə alınıb. ASAN xidmət mərkəzindən Olaylar – a bildirilib ki, Salman Cəlilov Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Bugünkü istiyə ALDANMAYIN: sabahdan etibarən...

30 Oktyabr 2017 11:25

"Son günlər Bakıda və Abşeron yarımadasında müşahidə olunan hava şəraiti iqlim normasından 3-4 dərəcə yüksəkdir". Bu sözləri  açıqlamasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.