Sosial

Binəqədidə ağacəkmə aksiyası keçirilib

30 Oktyabr 2017 11:19

Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib.

Bunu etməyən sürücülər 300 manat cərimələnəcək — Sabah son gündür

30 Oktyabr 2017 11:08

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Məlumata görə, yük avtomobilləri və avtobusların texniki baxışdan keçmə müddəti oktyabrın 31-də başa çatır.

Sevdiyi qıza görə özünü asdı - Astarada

30 Oktyabr 2017 09:03

Astara rayonunda intihar hadisəsi baş verib. Hadisə Kijəbə qəsəbəsində baş verib. Belə ki, 22 yaşlı İbrahimov Nazim Elvin oğlu yaşadığı evin həyətində intihar edib. Yaxınlarının dediyinə görə, onun intihar etməsinə səbəb sevdiyi qızın başqasına nişanlanması olub.

Telefon partladı, ev alışdı -  BAKIDA 

29 Oktyabr 2017 23:07

Uzun müddət cərəyanda saxlanılan telefon partlayıb və evdə yanğın baş verib. Hadisə bir neçə gün öncə Bakının Xətai rayonunda baş verib. Ayin Məmmədov adlı izləyici bildirib ki, telefonu yatarkən cərayana qoşublar. Gecə saatlarında partlayış səsinə oyanan ailə, xalçanın alışdıqını görüb. Vaxtında müdaxilə nəticəsində alovun qarşısını almaq mümkün olub. Ustalar isə telefonlarda partlama və alışmanın bir neçə səbəbdən başa verə biləcəyini deyirlər.

10 min quş tələf oldu - Quşçuluq ferması yandı

29 Oktyabr 2017 17:00

İsmayıllı rayonunda quşçuluq fermasında yanğın olub. Hadisə İsmayıllı rayonunun Ağahüseyn Aslanov küçəsində yerləşən quşçuluq fermasında qeydə alınıb. İsmayıllı rayon sakini Abdullayev Azər Həmid oğluna məxsus ümumi sahəsi 450 kvadratmetr olan quşçuluq fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.