İşə qəbul üzrə qeydiyyat başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb. “OLAYLAR”-a Təhsil İdarəsindən verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 150-yə yaxın şəxs [email protected] elektron poçt ünvanı vasitəsiləqeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb. "OLAYLAR"-a Təhsil İdarəsindən verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 150-yə yaxın şəxs [email protected] elektron poçt ünvanı vasitəsiləqeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədlərinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31