158 dövlət əmlakı özəllədirməyə çıxarılır
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 28-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Komitədən “Olaylar” a verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 158 dövlət əmlakına sahib olmaq imkanı var.
30 Oktyabr 2017 13:06 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 28-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Komitədən "Olaylar" a verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 158 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 64-ü kiçik dövlət müəssisə və obyekti, 63-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyətləri 8-i isə nəqliyyat vasitələridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə "Yevlax Kəndkimya Təchizat", "Ağcabədi Aqrotexservis", "Neftçala Ət", "Port İliç Xidmət", "Şıxlar Broyler", "Mingəçevir Qum Çınqıl" və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesdə özəlləşdiriləcək səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 25 min 676 manatla 738 min 888 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak "Yevlax Kəndkimya Təchizat" Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 111 min manata yaxındır. Bundan başqa qiyməti ilə digərlərindən fərqlənən əmlak "Şıxlar Broyler" Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 41 min manata yaxın təklif olunur. Hərracda sahibini tapacaq kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncədə, Göygöldə, İmişlidə, Cəlilabadda, Lerikdə, Oğuzda, Qaxda və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 21 kv.m ilə 3000 kv.m arasında dəyişir.