Sosial

Tərtər Konserv Açıq Səhmdar Cəmiyyəti özəlləşdirildi

14 Noyabr 2017 13:42

Noyabrın 14-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Masallı və Daşkəsən şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisələri xidmət və kənd təsərrüfatı sahələrində əlverişli hesab edilir. Belə ki, Masallıda yerləşən ümumi faydalı sahəsi 558,5 kv.m olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Cəza üsulu uşaqların tərbiyəsində nə dərəcədə mühüm rol oynayır?

14 Noyabr 2017 13:36

Son illərdə qeydə alınan cinayət hallarında müşahidə edilən mənfi tendensiyalardan biri də gənclərin, bəzən isə azyaşlı uşaqlarına cinayət törədənlər arasında yer almasıdır. Bəzən bilərəkdən, bəzən isə kortəbii şəkildə törədilən bu cinayətlər uşaqların müəyyən cəzalar almasına gətirib çıxarır. Bir qayda olaraq bu kimi mənfi hallarda üzləşdiyimizdə isə birmənalı şəkildə həmin uşağın ailəsi, valideynləri hədəf seçilir, uşağın belə bir arzuolunmaz situasiya ilə qarşılaşmasında onların günahkar olduğu vurğulanır. Və haqlı olaraq qeyd edilir ki, uşaq ailədə, valideynləri tərəfindən zamanında düzgün tərbiyə edilsə, son nəticədə qeyd etdiyimiz mənfi hallarla üzləşməzdi.

Azərbaycan dövləti İslam dini dəyərlərinə sadiqdir

14 Noyabr 2017 13:24

Multikulturalizm hazırda Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə həyata keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Digər tərəfdən, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir.

Deputatlarımız AŞ PA-nın komitə iclasına qatılıblar

14 Noyabr 2017 13:10

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclaslarında iştirak etmək üçün Parisə səfər ediblər.

Dövlət qulluğuna qəbulda yenilik

14 Noyabr 2017 13:06

Dövlət qulluğuna qəbul üçün keçirilən əvvəlki imahanlardan fərqli olaraq, yeni qəbul modelində dünyagörüşü bloku ləğv edilib, onun yerinə Azərbaycan dili bloku yerləşdirilib. Bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair keçirilən mətbuat konfransında deyib.

Bələdiyyələrin də peşə məktəbi olacaq

14 Noyabr 2017 12:54

“Peşə təhsili haqqında” yeni qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin iclasına çıxarılır. Məlumata görə, yeni qanun layihəsində dövlət, özəl, bələdiyyələrin nəzdində peşə məktəblərinin fəaliyyət göstərməsi əks olunub.

Parlamentin iclas vaxtı dəyişdirildi

14 Noyabr 2017 12:50

Milli Məclisin noyabrın 14-nə təyin edilən plenar iclası noyabrın 17-nə keçirilib.“Olaylar” xəbər verir ki, iclasın gündəliyinə dəyişiklik olmayıb. İclasda İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Notariat haqqında” və digər qanunlara əlavə və dəyişikliklər olmaqla 30 məsələnin müzakirəsi nəzərdə tutulur.

Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyi ideyasının rolu

14 Noyabr 2017 12:26

Masallı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyi ideyasının rolu” mövzusunda tədbir keçirilib.

Brend mağazalarda “brend” qiymətlər - “Od tutub yanan” dükanlar

14 Noyabr 2017 11:58

Azərbaycanda bir çox tanınmış geyim mağazaları mövcuddur.  Xüsusilə brend geyimlərin satışı ilə məşğul olan həmin mağazalarda qiymətlər “od tutub yanır”. Düzdür, hər geyimin öz alıcısı var. Amma maraqlıdır ki, eyni brend məhsullar ayrı-ayrı yerlərdə fərqli qiymətlərədir.  Hətta müştərinin üzünə baxaraq  geyimə qiymət qoyan mağazalar da var. Yəni hər kəs öz bildiyini oxuyur. 

“Konflikt Jurnalistika Məktəbi”nin yekun toplantısı keçirilib

14 Noyabr 2017 11:53

AMEA Mərkəzi Elmi Kitabxanasında  “Konflikt Jurnalistika Məktəbi”nin yaradılması layihəsi çərçivəsində görülən işlərlə bağlı yekun toplantı keçirilib. Olaylar.az bildirir ki, MEK-in təşkilati dəstəyi ilə hazırlanan tədbirdə Müdafiə Nazirliyinin məsul şəxsləri, Mətbuat Şurasının üzvləri, BDU-nun Jurnalistika fakültəsinin müəllim və tələbələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Uşaq "Avroviziya"sında Dağlıq Qarabağ separatçılarının bayrağının qaldırılmasının qarşısı alınacaq

14 Noyabr 2017 11:36

Avropa Yayım Birliyi (AYB) “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017”də işğal altındakı Dağlıq Qarabağda mövcud olan separatçı rejimin bayrağının qaldırılmasının qarşısını alacaq.

Pərdə-plyonka "sezonu" bitir - son 2 GÜN

14 Noyabr 2017 11:22

Respublika ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görnüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş icazənin müddəti noyabrın 15-də başa çatır.

İşə qəbul üzrə növbəti müsabiqə

14 Noyabr 2017 11:09

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə  müsabiqə elan edir. “OLAYLAR”-ın xəbərinə görə,  qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər noyabrın 13-dən http://musabiqe.baku.edu.az/  portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. 10 təqvim günü davam edəcək qeydiyyat prosesi noyabrın 23-də saat 14:00-da başa çatacaq. Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Zığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır

14 Noyabr 2017 11:08

Suraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilib.