Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyi ideyasının rolu

Masallı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyi ideyasının rolu” mövzusunda tədbir keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə "Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyi ideyasının rolu" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov qonaqları və tədbir iştirakçılarını salamlayıb, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı siyasətin nəticəsində Azərbaycanın dünya dövlətlərinə tolerantlıq nümunəsi olmasından söhbət açıb.

Sonra "Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyi ideyasının rolu" mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Azərbaycanda tolerantlıq, vəhdət, İslam həmrəyliyi, radikalizmə qarşı mübarizə və artan islamofobiya meyilləri haqqında danışıb. Məruzəçi cəmiyyət arasında birliyin qorunması, İslam həmrəyliyini qoruyub saxlamaq və vəhdət nümayiş etdirmək üçün vacib olan məqamlara aydınlıq gətirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov da mövzu ətrafında çıxış edərək respublikamızda bu sahədə görülən işlərdən söhbət açıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31