Sosial

Fransada həmrəyliyin Azərbaycan modeli təqdim edildi

14 Noyabr 2017 15:59

Fransanın Nitsa şəhərində Sofiya Antipolis Universiteti və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə “Həmrəylik, fəlsəfi prinsip və hüquq norması kimi: Fransa və Azərbaycan mövqeyindən müqayisəli yanaşma” mövzusunda beynəlxalq konfrans keçirilib. Olaylar.az bildirir ki, konfransı giriş sözü ilə açan Universitetin vitse-prezidenti professor Kristian Vallar Fransa və Azərbaycanın elmi əlaqələrindən bəhs edib, 2017-ci ilin əvvəllərində AMEA-nın Fəlsəfə İnstitutu, Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindəki görüşlərindən danışıb, rəhbərlik etdiyi nümayəndə heyətinin bu tədbirlərdən xoş təəssüratlarla ayrıldığını bildirib. Tədbirdə “Həmrəylik və hüquq: problemin fəlsəfi-etik konteksti” mövzusunda çıxış edən AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə həmrəyliyin tarixinə ekskurs edib, klassik fəlsəfi məktəbin nümayəndələrinin bu məsələyə müxtəlif münasibət bəsləməsini gündəmə gətirib, problemin fəlsəfi-etik tərəfləri barədə fikrini bildirib.

Məhərrəmlik niyə 60 gün çəkir?

14 Noyabr 2017 15:55

Məlum olduğu kimi, bu ilin sentyabr ayının 22-dən başlayaraq İslam dünyasında Məhərrəmlik başlayıb və müsəlmanlar 14 əsr öncə Kərbəla faciəsində şəhid olan İmam Hüseyn(ə)və tərəfdarlarına matəm saxlayır. Bu il Aşura günü oktyabrın 1-nə, İmam Hüseynin şəhadətinin qırxıncı günü noyabrın 9-na təsadüf etdi. Oktyabrın 21-dən isə Məhərrəmlik əyyamının ikinci ayı olan Səfər ayı başlayıb. Hazırda Səfər ayını yaşayırıq və bu ay noyabrın 19-da başa çatacaq. Beləliklə, Məhərrəmlik ayı ənənəvi olaraq 60 gün davam edəcək.

Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib

14 Noyabr 2017 15:56

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Xəzər rayonunda əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib.

Azərbaycanda çoxpartiyalı sistemin formalaşması siyasi plüralizmin bariz nümunəsidir

14 Noyabr 2017 15:32

Azərbaycan cəmiyyətinin siyasi sistemində dövlətlə yanaşı siyasi partiyalar və ictimai birliklər də fəaliyyət göstərməkdədir. Danılmaz faktdır ki, siyasi və ictimai birliklər bu və ya digər formada ölkənin siyasi həyatında iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edirlər.

Müəllim və valideynlər qəbul ediləcək

14 Noyabr 2017 15:29

Noyabrın 17-də paytaxtın Xəzər, Pirallahı və Sabunçu rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Qazaxıstanda Şərq-Qərb, Şimal-Cənub nəqliyyat perspektivlərindən danışılacaq

14 Noyabr 2017 15:28

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Mahir Hümbətov “Geolokasiyanın faydaları: Mərkəzi Asiya Qlobal Tranzit şəbəkəsi kimi” mövzusunda keçirilən regional konfransda istirak etmək məqsədilə Astanada (Qazaxıstan Respublikası) səfərdədir.

İmtahan nəticələri məlum olub

14 Noyabr 2017 15:26

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. “OLAYLAR”-a Təhsil İdarəsindən bildirilib ki, nəticələrə əsasən, imtahanda iştirak edən 498 namizəddən 134 nəfəri keçid balından yüksək nəticə göstərib. İmtahan nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib. Keçid balından yüksək nəticə göstərən namizədlər vakansiyalar üzrə seçimlərini etdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Təhlil edilən nəticələrə əsasən, vəzifələr üzrə müvafiq keçid balı müəyyənləşdirilib. Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələri üzrə keçid balı 24, psixoloq vəzifəsi üzrə keçid balı 28, kitabxanaçı vəzifəsi üzrə keçid balı 17 olub.

Xəzər Dəniz Gəmiçiliyində audit keçirilir

14 Noyabr 2017 15:25

Beynəlxalq nüfuza malik təsnifat və sertifikatlaşdırma qurumu “Amerika Gəmiçilik Bürosu” (ABS) hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də xarici audit aparır. “OLAYLAR”-ın XDG-yə istinadən verdiyi xəbərə görə, audit 2015-ci ildən Gəmiçilikdə tətbiq edilib işləyən “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”nin (TKİS)  hazırkı səviyyəsinin İSO 9001 (Keyfiyyət Menecmenti), İSO 14001 (Ekoloji Menecment), İSO 50001 (Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarına uyğunluğuna dair alınmış sertifikatlara müvafiqliyini müəyyənləşdirmək üçün aparılır.

Rusiyalı dünya çempionunu öldürən azərbaycanlıdan yeni xəbər var

14 Noyabr 2017 15:05

Rusiyalı dünya çempionunu öldürməkdə təqsirləndirilən Anar Allahverənovun işi ili bağlı yenilik var. Rusiya Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Assambleyasının müraciəti ilə əlaqədar Rusiya Federasiyası Prokrorluğu qarşısında məsələ qaldırıb. Rusiya Ədliyyə Nazirliyi Assambleyanın narahatlığı ilə bağlı araşdırma aparılmasına və bu haqda Assambleyanın rəhbərinə məlumat verilməsi ilə bağlı xüsusi göstəriş verib.

“Qulaqcıqlar piyadaların ölüm səbəbidir” – Yol polisindən SOS

14 Noyabr 2017 14:36

“Bu il ərzində yol nəqliyyat hadisələrinin sayı azalıb. Lakin piyadaların vurulması ümumi hadisələrin 67 faizini təşkil edir ki, bu da ciddi rəqəmdir”. Bu barədə Bakı şəhər Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 

İranın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

14 Noyabr 2017 14:34

İranın Azərbaycandakı səfirliyində İslam Respublikasında baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsini anmaq məqsədi ilə elan edilən matəmlə əlaqədar dövlət bayrağı endirilib.

İraqda saxlanılan azərbaycanlı qadınlardan xəbər var

14 Noyabr 2017 14:02

İraqda saxlanılan azərbaycanlı qadın və uşaqların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində təmaslar davam etdirilir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. H.Hacıyevin sözlərinə görə, Xarici İşlər Nazirliyi digər aidiyyatı orqanlarla əlaqələndirilmiş şəkildə məsələni diqqətdə və nəzarətdə saxlayır: “Hazırda İraqdakı azərbaycanlıların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesi həyata keçirilir.

Hava küləkli, yağmurlu olacaq

14 Noyabr 2017 13:53

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti olacağı gözlənilir. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Qulağıniza 2 damcı tökün, eşıtməniz 97% -ə qədər yaxşılaşacaq!

14 Noyabr 2017 13:48

Qulağıniza 2 damcı tökün, eşıtməniz 97% -ə qədər yaxşılaşacaq! Hətta bu təbii vasitə 80- 90 yaşlı qocalara da kömək edir.