Sosial

Qadınlar neçə yaşından sonra sürətlə kökəlməyə başlayır?

14 Noyabr 2017 19:08

Diyetoloqlar və məşhur"Forza Supplements" Britaniya şirkətinin sağlam qidalanma üzrə aparıcı mütəxəssisləri qadınların və kişilərin neçə yaşından sonra sürətlə kökəlməsi ilə bağlı araşdırma aparıb.

Abşeronda iki evdə yanğın olub

14 Noyabr 2017 18:55

Abşeron rayonunda yanğın hadisəsi baş verib. FHN-in saytının verdiyi məlumata görə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 80 m2 sahədə və bitişik tikilmiş, ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 m2 sahədə və 1 ədəd plastik pəncərə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

CBC TV-yə yeni baş direktor təyin edilib

14 Noyabr 2017 18:22

CBC telekanalına yeni baş direktor təyin edilib. Bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.

Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir

14 Noyabr 2017 17:40

Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Baltalı kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə,  DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev tədbiri giriş sözüylə açaraq insanların düzgün dini maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib.

Bakı buxtasında brakonyerlərlə polis arasında insident olub

14 Noyabr 2017 17:35

Bakı buxtasında insident olub. Məlumata görə, polis əməkdaşları tərəfindən Bakı buxtasında qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı həyata keçirilən əməliyyat zamanı “Yamaha” markalı qayıqda olan şəxslər polisə tabe olmayaraq, idarə etdikləri qayığı polisin patrul qayığına vuraraq hadisə yerindən qaçıblar. 

MTRŞ yeni televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edib

14 Noyabr 2017 16:45

Bu gün Milli Telelviziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. MTRŞ-dan verilən xəbərə görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

İnternet təminatında fasilələr yarana bilər

14 Noyabr 2017 16:43

Bu gecə internet təminatında fasilələr yarana bilər. "Bakı Telefon Rabitəsi" MMC-dən verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq. Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

"Reket jurnalistlər" mətbuat şurasına hücuma keçdilər -Şura xəbərdarlıq etdi

14 Noyabr 2017 16:25

Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının 8 noyabr 2017-ci il tarixli iclasından sonra adlarının «qara siyahı»ya əlavə edilməsi tövsiyə olunan kütləvi informasiya vasitələrinin bir qrupu tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib. Bu kampaniyaya adları «qara siyahı»da yer alan bəzi informasiya orqanlarının qoşulması da diqqət çəkməkdədir.

Qadın 2000 manat cərimələndi - Ağac kəsdiyinə görə

14 Noyabr 2017 16:10

Gəncə şəhəri, Nizami rayonu, Rüstəm Əliyev küçəsi 1 ünvanında yerləşən yaşayış evinin qarşısındakı sahədə yaş köküstə 2 ədəd əncir ağacının kəsilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Olaylar.az –a verilən məlumata əsasən,  fakt nazirlik əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirilən reyd zamanı aşkarlanıb.

Avtomobil vuran piyada ölüb

14 Noyabr 2017 16:02

Suraxanı rayonunun Bülbülə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 13-də saat 10 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Əli Vəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Natiq Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.