Sosial

“Suriya və İraqdakı vətəndaşlarımızla bağlı dövlət proqramı hazırlanır” – SƏYAD SALAHLI

15 Noyabr 2017 12:20

“Suriya və İraqdakı vətəndaşlarımızın ölkəyə qaytarılması üçün dövlət proqramı hazırlanır”. Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib. O qeyd edib ki, bu məsələ həllini hər hansı təşkilatın öz üzərinə götürə bilməyəcəyi dərəcədə qlobal və böyük məsələdir: “Bu məsələni böyük və geniş mənada dövlət öz üzərinə götürüb və proqram hazırayır.

Elsevər Ağayev: “Gələn ildən tibbi sığorta bütün ölkə üzrə tətbiq oluna bilər”

15 Noyabr 2017 12:15

“Tibb müəssisələri publik hüquqi şəxs olduqdan sonra metodik olaraq Səhiyyə Nazirliyinin tabeliyində olacaq. Sadəcə onların maliyyələşməsinin mexanizmində dəyişiklik baş verəcək”. Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

IX sinfi bitirə bilməyənlər üçün eksternat imtahanları keçiriləcək

15 Noyabr 2017 12:05

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsli İdarəsindən (BŞTİ) məlumat verilib. Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Nazir müavini: Hər aptek psixotrop maddələrdən ibarət preparatları sata bilməz

15 Noyabr 2017 12:00

Hər aptek də psixotrop maddələrdən ibarət olan preparatları sata bilməz. Bunun üçün xüsusi icazə verilməlidir. Məlumata görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Səhiyyə Nazirliyindən ABŞ-a CAVAB: "Bu, Dövlət Departamentinin öz seçimidir"

15 Noyabr 2017 11:43

Səhiyyə nazirinin müavini Elsevər Ağayev ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən dərman almamaq barədə tövsiyəsinə münasibət bildirib.

Alimlər: "Qlobal istiləşmə bəşəriyyət üçün ən böyük təhlükədir!"

15 Noyabr 2017 11:28

Dünyanın 184 ölkəsindən 15 mindən çox alim yayımladığı müraciətdə bəşəriyyətə ən böyük təhdidlərin adlarını açıqlayıb. Məlumata görə, müraciət "BioScience" jurnalında dərc olunub. Qeyd olunur ki, planetin ekosistemi üçün ən böyük təhdid qlobal istiləşmədir.

Azərbaycanda dövlət məşğulluq xidmətləri modernləşdirilir

15 Noyabr 2017 11:17

“Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin icrası üzrə tərəfdaş ölkələrin (Litva Respublikası, Avstriya Respublikası, İsveç Krallığı) mütəxəssislərindən ibarət ekspert qrupu ölkəmizdə səfərdədir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov təqaüdə göndərilib

15 Noyabr 2017 11:08

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polkovniki təqaüdə göndərilib. Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Nəsimi məktəblilərinin “Ölkəmizi tanıyaq” tur-aksiyası başa çatıb

15 Noyabr 2017 11:04

11-14 noyabr tarixində Nəsimi məktəblilərinin cənub bölgəsinə “Ölkəmizi tanıyaq” tur-aksiyası uğurla başa çatıb. Nəsimi rayon İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, səfərdən geri dönən məktəblilər Nəsimi rayon İcra Hakimiyyətində təntənə ilə qarşılandılar. Tur-aksiyanın uğurla başa çatması münasibəti ilə keçirilən tədbirdə məktəblilər cənub bölgəsindəki təəssüratlarını öz valideyinləri və müəllimləri ilə bölüşdülər.

İTV Avropa Yayım Birliyinə etiraz məktubu göndərdi

15 Noyabr 2017 09:27

Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayım Birliyinin Baş direktoru Noel Kerrana məktub ünvanlayıb. Bu barədə şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Universitetdə dəyirmi masa 

15 Noyabr 2017 07:13

Azərbaycan Dillər Universitetində universitetin Multikulturalizm elmi-tədqiqat laboratoriyası (ETL) və Rusiyaşünaslıq ETL-in birgə təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Azərbaycan multikulturalizmi ölkə daxilində və xaricində siyasi model kimi” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən rektorun elm və təhsil məsələləri üzrə müşaviri Seyfəl Həsənov dəyirmi masanın əhəmiyyətli bir mövzuya həsr edildiyini xatırladaraq tələbələrə onlara faydalı ola biləcək bu tip tədbirlərdə aktiv iştirak etməyi tövsiyə edib. Tədbir iştirakçılarının müəyyən informasiyaya yiyələnmək imkanı əldə etdiyini qeyd edən S.Həsənov gələcəkdə tələbələrin də belə tədbirlər təşkil edəcəyinə əmin olduğunu vurğulayıb.