Sosial
Amerikalı alim Aşıq Şəmşir muzeyində
Amerikalı folklorşünas alim, Cənubi Karolina ştatındakı Kostal Karolina Universitetinin (Coastal Carolina University) professoru Anna Oldfield Aşıq Şəmşir müzeyini ziyarət edib. “OLAYLAR” -ın xəbərinə görə, birliyin sədr müavini Həbib Misirov Mədəniyyət ocağının fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Əməyin mühafizəsi mövzusunda təlimlər keçirilir
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Bakıda “Əməyin mühafizəsi sahəsində işəgötürənlərin rolu” adlı 2 günlük təlim-seminar işə başlayıb.
Dini Komitə Şamaxıda regional konfrans keçirib
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda regional konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konfransdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri qoyublar.
Mətanət Əsədova: "Bu vücuda 40 qəpiklik paltar da geyinsəm, yaraşacaq" - VİDEO
Azərbaycanlı məşhur aparıcının evində ruh göründü - VİDEO
Dəfn ediləndən 11 gün sonra atasına zəng etdi -Dünya bu şəxsdən danışır
Xəzərdə zəlzələ
Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanlar yerli vaxtla saat 08:36:11-də qeydə alınıb.
Şamaxıda konfrans
Noyabrın 21-də Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda regional konfrans keçirilib. Olaylar.az bildirir ki, konfransda rayonun dövlət qurumlarının rəsmi təmsilçiləri, Bilik Fondunun Şamaxı rayon nümayəndəsi Gülnurə Babaşova, Ağsu rayon nümayəndəsi Elman Qarayev, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, Fondun nəzdində fəaliyyət göstərən "Gənc jurnalistlər" Klubunun və "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, təhsil işçiləri, yerli ziyalılar, tələbələr və şagirdlər iştirak ediblər.
“Məzun evi”nin sakinləri “Hərəmiz bir ağac əkək” devizi altında ağacəkmə aksiyasına qoşulublar
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsinin (Abşeron rayonu, Masazır kəndi) sakinləri də IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizi altında keçirilən yaşıllaşdırma aksiyasına qoşulublar.
Kamal Abdulla Polşa səfiri ilə görüşüb
Noyabrın 21-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka ilə görüşüb. Səfiri universitetdə görməkdən məmnunluğunu bildirən rektor onu ADU-nun “Səfir saatı” klubunda mühazirə oxumağa dəvət edib. K.Abdulla ümid etdiyini bildirib ki, bu cür görüşlər təkcə tələbələr üçün deyil, səfir üçün də maraqlı olacaq.
Səhlab Bağırov: "Qarabağ" - "Çelsi" oyununda təhlükəsizlik tam təmin olunacaq
Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununda azarkeşlərin təhlükəsizliyi tam təmin olunacaq. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib. Rəis müavini bildirib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirlər planı təstiqləyib: "Cənab nazirin təstiq etdiyi tədbirlər planına uyğun olaraq, əraziyə polis qüvvəsi cəlb ediləcək və azarkeşlərin təhlükəsizliyi təmin ediləcək". S.Bağırov əlavə edib ki, futbol matçı zamanı ərazi tam mühafizə olunacaq.
“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücünü hədələyən yol polisi ilə bağlı danışıb.
Sosial mənzil layihəsi regionlarda da həyata keçirilsin - TƏKLİF
Bakıda reallaşdırılan sosial mənzil layihəsi regionlarda da həyata keçirilməlidir. Bu təkliflə Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman çıxış edib. A.Mirzəzadə qeyd edib ki, regionlarda seçicilərlə görüşlər zamanı onlar da bu məsələnin həyata keçirilməsini istəyirlər.




.png)









