Şamaxıda konfrans

Noyabrın 21-də Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda regional konfrans keçirilib. Olaylar.az bildirir ki, konfransda rayonun dövlət qurumlarının rəsmi təmsilçiləri, Bilik Fondunun Şamaxı rayon nümayəndəsi Gülnurə Babaşova, Ağsu rayon nümayəndəsi Elman Qarayev, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, Fondun nəzdində fəaliyyət göstərən "Gənc jurnalistlər" Klubunun və "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, təhsil işçiləri, yerli ziyalılar, tələbələr və şagirdlər iştirak ediblər.

Noyabrın 21-də Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində "Heydər Əliyev və Azərbaycanda din siyasəti" mövzusunda regional konfrans keçirilib. Olaylar.az bildirir ki, konfransda rayonun dövlət qurumlarının rəsmi təmsilçiləri, Bilik Fondunun Şamaxı rayon nümayəndəsi Gülnurə Babaşova, Ağsu rayon nümayəndəsi Elman Qarayev, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, Fondun nəzdində fəaliyyət göstərən "Gənc jurnalistlər" Klubunun və "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, təhsil işçiləri, yerli ziyalılar, tələbələr və şagirdlər iştirak ediblər. Əvvəlcə iştirakçılar Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi ilə tanış olaraq Mərkəzin direktoru Namiq Rzazadənin təqdimatı ilə "İslam həmrəyliyi İli"nə həsr olunmuş rəsm və əl işləri sərgisinə tamaşa ediblər. Yerli rəssam Sevda Abdulrazaqova özünün taxta üzərində döymə üsulu ilə hazırladığı əsərini Bilik Fonduna hədiyyə edib.

Konfransı giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova açaraq,  iştirakçılara İcra Hakimiyyətinin başçısı Asif Ağayevin salamlarını çatdırıb.  Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədovun məruzəsi dinlənilib.

Bilik Fondunun baş məsləhətçisi Ceyhun Musaoğlu regional konfransın təşkilinə görə yerli icra hakimiyyəti orqanına təşəkkürünü bildirərək, "İslam Həmrəyliyi İli" çərçivəsində Fondun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Konfrans başa çatdıqdan sonra Şamaxı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Babaqədir Qədirovun müşaiyəti ilə "Gənc jurnalistlər" Klubu və "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin məzarlarını ziyarət ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Şamaxı Cümə məscidinin imamı Hacı Mərəhməd Mustafayev gənclərə 743-cü ildə tikilmiş məscidin tarixi barədə ətraflı məlumat verib. Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində qonaqları qarşılayan direktor Məleykə Kamilova onlara bölgənin tarixi haqqında ətraflı məlumat verib.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" filmi nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31