Amerikalı alim Aşıq Şəmşir muzeyində

Amerikalı folklorşünas alim, Cənubi Karolina ştatındakı Kostal Karolina Universitetinin (Coastal Carolina University) professoru Anna Oldfield Aşıq Şəmşir müzeyini ziyarət edib. “OLAYLAR” -ın xəbərinə görə, birliyin sədr müavini Həbib Misirov Mədəniyyət ocağının fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Amerikalı folklorşünas alim, Cənubi Karolina ştatındakı Kostal Karolina Universitetinin (Coastal Carolina University) professoru Anna Oldfield Aşıq Şəmşir müzeyini ziyarət edib. "OLAYLAR" -ın xəbərinə görə, birliyin sədr müavini Həbib Misirov Mədəniyyət ocağının fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Sədr müavini 2014-cü ildə Anna xanımın respublikamıza səfərini və həmin səfər nəticəsində aşıq sənətinin öyrənilməsi və təbliği ilə baqlı maraqlı müzakilərinin olduğunu xatırladıb. Amerikalı professor aşıq sənətinin okeanın o tayında daha geniş təbliği üçün nəzərdə tutduğu planlarından danışıb. Alimin "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai birliyi ilə birlikdə həyata keçirmək istədiyi layihələr barədə fikir mübadiləsi aparılıb. Qonağ "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai birliyinin YUNESKO-nun müşahidəci qismində üzvülük stausunun qazanması müasibəti ilə təbriklərini bildirib.

Qeyd edək ki, professor Anna Oldfield 2005-2008-ci illərdə Azərbaycanda aşıq sənəti ilə bağlı tədqiqat işləri aparıb. 2014-cü ildə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai birliyinin dəvəti ilə yenidən ölkəmizdə olub və"Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları" mövzusunda kecirilən konfransada iştirak edib. Qonaq həmçinin Bakı şəhəridnə yerləşən Aşıq Şəmşir müzeyi ilə yaxından tanış olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31