Əməyin mühafizəsi mövzusunda təlimlər keçirilir
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Bakıda “Əməyin mühafizəsi sahəsində işəgötürənlərin rolu” adlı 2 günlük təlim-seminar işə başlayıb.
22 Noyabr 2017 11:20 SosialAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Bakıda "Əməyin mühafizəsi sahəsində işəgötürənlərin rolu" adlı 2 günlük təlim-seminar işə başlayıb. "OLAYLAR"-a ASK-nin mətbuat xidmətindən bildirilib ki, təlim-seminarın mövzusu əməyin mühafizəsi və təhlükəsiz əmək şəratinin yaradılmasında işəgötürənlərin rolu və onların əmək müfəttişləri ilə bu sahədə əməkdaşlığıdır. Təlimçi qismində BƏT-in Əməyin mühafizəsi sahəsində eksperti Valentin Mokanu çıxış ediB. Tədbirin məqsədi sahibkarlıq subyektlərinin əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılması və yaxşı təcrübələrin öyrənilməsidir.