Sosial
Avropa Olimpiya Komitəsinin Baş Assableyasının iclası keçiriləcək
23-25 noyabr tarixlərində Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsininın iclası və 46-cı Baş Assambleyas keçiriləcək. “OLAYLAR”-a MOK -un mətbuat xidmətindən bildirilib ki, tədbirdə Azərbaycan nümayəndə heyətini gənclər və idman naziri Azad Rəhimov, AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov təmsil edirlər.
Dini Komitə Şamaxıda regional konfrans keçirib
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda regional konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konfransdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri qoyublar.
Məktəblərdə dini maarifləndirmə tədbirləri keçirllir
Noyabrın 21-də Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Sabunçu rayonunda yerləşən 74 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin böyük tarixi əhəmiyyətə malik ictimai-siyasi hadisə olduğunu vurğulayıb. Bu il çərçivəsində görülən işlərin, keçirilən tədbirlərin tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini bildirib.
Zakir Həsənov BƏƏ-dən olan generalla görüşüb
Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin nümayəndə heyətinin rəhbəri briqada generalı Salim Əl-Şamsi ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri qonağa Azərbaycanın uzun illər erməni terrorizmi, separatizmi ilə üzləşdiyini, erməni terrorçuları tərəfindən respublikamızın dinc əhalisinə qarşı onlarla terror aktlarının törədildiyini və Ermənistanın terrorizmi dəstəkləyən ölkə olduğunu vurğulayıb.
Sürücülərin nəzərinə: eyni protokol 20 gün sonra yenə yazıla bilər
Son günlər avtomobilini sığorta etdirməmiş sürücülərə ardıcıl elektron protokolların gəlməsi narazılıqlar yaradıb. Lent.az xəbər verir ki, bəzi sürücülər sığorta etdirmədikləri nəqliyyat vasitəsinə görə ay ərzində iki protokol aldıqlarını bildiriblər.
Tıxacların aradan qaldırılması ilə bağlı TƏKLİF
Bakıda tıxacların aradan qaldırılması ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə təklif irəli sürüb. Məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman A.Mirzəzadə bildirib ki, tıxacların həll edilməsi üçün dövlət tərəfindən xeyli işlər görülür, yollar genişləndirilir, körpülər, tunellər tikilir: “Ancaq bir problem həll olunmasa, tıxacların aradan qaldırılması mümkün olmayacaq.
Mingəçevirdə üçəm qız dünyaya gəlib
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında gənc ananın 3 övladı dünyaya gəlib. Kəlbəcərrayonundan məcburi köçkün olan və 1993-cü ildən bəri Mingəçevir şəhərində vaqon evdə yaşayan Vüsal Mamedovun ailəsində dünyaya gəlmiş körpələrin hər üçü qızdır.
“Karyera üçün təhsil” layihəsinə start verilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Karyera üçün təhsil” layihəsinin icrasına başlanıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, “Junior Achievement Azərbaycan” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi gənclərin məşğulluq imkanlarının artırılması, bilik, bacarıq və şəriştələrinin, həmçinin, maliyyə savadlılığı və sahibkarlıq biliklərinin təkmilləşdirilməsidir. Layihə çərçivəsində gənclərə gələcək karyeralarında uğur qazanmaları üçün peşəkar inkişaf təlimləri ilə yanaşı, karyera planlaşdırılması, marketinq, satış və digər sahələr üzrə peşəyönümlü təlimlər təşkil olunacaq.
Deputat: "Bəzi nazirlik və komitələri ləğv etməyin zamanıdır"
"Bir müddət əvvəl Nəqliyyat Nazirliyinin ləğv olunması və başqa quruma birləşdirilməsi yaxşı nümunədir və davam etdirilməlidir". Məlumata görə, bunuMilli Məclisin iclasında 2018-ci il büdcə layihəsinin müzakirələri zamanı deputat Zahid Oruc deyib.
Tələbələr kiçik və orta sahibkarlığa cəlb edilir
Noyabrın 21-də Azərbaycan Texniki Universitetində (AzTU) “BOSSON” MMC-nin baş meneceri Nadir Kazımov universitetin III və IV kurs tələbələri ilə görüşüb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə AzTU-nun prorektoru İsa Xəlilov Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinə diqqət çəkərək bildirib ki, dinamik və dayanıqlı iqtisadiyyat yaratmaq üçün kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi vacibdir.
Bakıda temperatur yenə iqlim normasını keçdi
20 Noyabr Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub. Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Qüsurlu uşaqlarla bağlı TƏKLİF - Valideynlərinə də müavinət verilsin
Səhhəti qüsurlu uşaqlara sahib olan ailələrə əlavə dəstəyin göstərilməsinə ehtiyac var. Məlumata görə, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib. O bildirib ki, qüsurlu övladı olan ana ona baxmaq üçün işləməmək məcburiyyətindədir: “Düzdür, dövlət tərəfindən qüsurlu uşaqların xəstəliklərinin dərəcələrinə uyğun müavinət verilir, yardım göstərilir”.
Dövlətin atdığı addımlar Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsinə istiqamətlənib
Hesab edirəm ki, bu suala birmənalı şəkildə cavab vermək düzgün olmaz. Nə üçün? Çünki verdiyiniz suala cavab axtarmaq, onu cavablandırmaq üçün medianın, kütləvi informasiya vasitələrinin fəaliyyət istiqamətlərinə, onların xarakteristikasına diqqət çəkmək lazımdır. Nə qədər təəccüblü və təəssüflü də olsa, bu bir reallıqdır ki, Azərbaycanda media, kütləvi informasiya vasitələri demək olar ki, iki qrupa bölünüb. Birinci qrupa sırf dövlətçilik, xalq, milli maraqlar çərçivəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələri aiddir.
MM-də rayonlara investisiya qoymaq səlahiyyətinin verilməsi təklif olunub
Milli Məclisdə büdcə öhdəliyini tam yerinə yetirən rayonlara investisiya qoymaq səlahiyyətinin verilməsini təklif olunub. Məlumata görə, belə bir təşəbbüslə Milli Məclisin iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov çıxış edib.
Deputat Azərbaycanın bəzi ölkələrdə səfirliklərinin ixtisar olunmasını təklif edib
YAP icra katibinin müavini, deputat Siyavuş NovruzovAzərbaycanın bəzi ölkələrdə səfirliklərinin ixtisara salınması təklifi ilə çıxış edib. Məlumata görə, Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı deyib ki, aidiyyəti qurumlar bəzən Azərbaycanın lazım olmayan yerlərdə səfirliklərinin fəaliyyətinə şərait yaradırlar, bəzən də lazım olan yerdə səfirlik olmur.



.jpg)










