MM-də rayonlara investisiya qoymaq səlahiyyətinin verilməsi təklif olunub

Milli Məclisdə büdcə öhdəliyini tam yerinə yetirən rayonlara investisiya qoymaq səlahiyyətinin verilməsini təklif olunub. Məlumata görə, belə bir təşəbbüslə Milli Məclisin iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov çıxış edib.

Milli Məclisdə büdcə öhdəliyini tam yerinə yetirən rayonlara investisiya qoymaq səlahiyyətinin verilməsini təklif olunub. Məlumata görə, belə bir təşəbbüslə Milli Məclisin iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov çıxış edib. "Büdcəyə öhdəliyini tam ödəyən rayonlara imkan verilsin ki, öz büdcəsi ilə investisiyalar qoysun. Bu regionların daha da inkişaf etməsi üçün imkanlar yaradar", - deyə o vurğulayıb. S. Novruzov həmçinin sözügedən bölgələrdə özəl məktəblərin açılmasını təklif edib: "İndi bu ancaq Gəncədə var. Amma tək Gəncədə yox, digər yerdə də özəl təmayüllü məktəblər açılsın, xarici dilə marağı olan valideynlər öz hesabına uşaqlarını ora yerləşdirsinlər. Bu da yaxşı imkanlar yaradar". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31