Dövlətin atdığı addımlar Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsinə istiqamətlənib
Hesab edirəm ki, bu suala birmənalı şəkildə cavab vermək düzgün olmaz. Nə üçün? Çünki verdiyiniz suala cavab axtarmaq, onu cavablandırmaq üçün medianın, kütləvi informasiya vasitələrinin fəaliyyət istiqamətlərinə, onların xarakteristikasına diqqət çəkmək lazımdır. Nə qədər təəccüblü və təəssüflü də olsa, bu bir reallıqdır ki, Azərbaycanda media, kütləvi informasiya vasitələri demək olar ki, iki qrupa bölünüb. Birinci qrupa sırf dövlətçilik, xalq, milli maraqlar çərçivəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələri aiddir.
21 Noyabr 2017 16:35 SosialÖlkədə fikir, söz, ifadə və məlumat azadlığı, plüralizmin vəziyyəti, dövlətin bu sahədə atdığı addımlar, KİV-lərin inkişafına yönəlik tədbirlərlə bağlı newscenter.az saytının baş redaktoru İnqilab Süleymanovun "OLAYLAR"-a müsahibəsi
-İnqilab bəy, bu gün Azərbaycan mediasının durumunu necə xarakterizə edərdiniz? Kütləvi informasiya vasitələri günümüzdə cəmiyyətimizi sözün əsl mənasında gündəlik həyatda, ölkənin ictimai-siyasi cameəsində baş verən proseslər barədə doğru, düzgün məlumatlandıra bilirmi?
-Hesab edirəm ki, bu suala birmənalı şəkildə cavab vermək düzgün olmaz. Nə üçün? Çünki verdiyiniz suala cavab axtarmaq, onu cavablandırmaq üçün medianın, kütləvi informasiya vasitələrinin fəaliyyət istiqamətlərinə, onların xarakteristikasına diqqət çəkmək lazımdır. Nə qədər təəccüblü və təəssüflü də olsa, bu bir reallıqdır ki, Azərbaycanda media, kütləvi informasiya vasitələri demək olar ki, iki qrupa bölünüb. Birinci qrupa sırf dövlətçilik, xalq, milli maraqlar çərçivəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələri aiddir. Bu kimi kütləvi informasiya vasitələri əsasən dövlətin mediaya, mətbuata yaratdığı imkanlardan səmərəli və düzgün istiqamətdə istifadə edir. Dövlətin fikir, söz, məlumat və ifadə azadlığını təmin etməsindən, bu azadlıqlara sadiq qalmasından müsbət mənada bəhrələnərək fəaliyyətini dövlətçilik, millət, milli maraqlardan çıxış edirlər. Bir qayda olaraq dərc etdikləri materialların, yazıların dövlətçilik maraqlarımıza ziddiyyət təşkil etməməsinə, ziyan vurmamasına diqqət çəkir, bu istiqamətdə ehtiyatlı davranırlar. Həmin kütləvi informasiya vasitələri dövlətin fikir, söz, məlumat və ifadə azadlığı təminatından kifayət qədər geniş spektrdə bəhrələnir, ondan yararlanırlar. Eyni zamanda bu kimi media qurumları öz məqsədyönlü fəaliyyətləri ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edildiyini də təsdiqləmiş olurlar. Həmçinin onların ölkədə heç bir maneə, əngəl olmadan normal şəkildə fəaliyyəti, dərc olunmaları da Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının ən yüksək səviyyədə təmin olunması barədə fikir, rəy formalaşdırır. Bu birmənalıdır ki, ölkədə normal şərtlər altında, dövlətin yaratdığı imkanlar çərçivəsində fəaliyyət göstərən kifayət qədər kütləvi informasiya vasitələri, yazılı və elektron media resursları var ki, onların xarici KİV-lərlə kifayət qədər münasibətləri , əlaqələri var. Müntəzəm olaraq beynəlxalq tədbirlərə, konfrans və forumlara dəvət alırlar. Və təbii ki, həmin toplantılarda iştirak edərkən, ikitərəfli formatda görüşlər keçirərkən, eləcə də çıxışlar edərkən Azərbaycanda medianın durumu, mövcud imkanları, ölkədə fikir, söz və ifadə, məlumat azadlığının təmin edilməsi istiqamətində görülən işlər, xüsusilə dövlətin bu sahəyə olan diqqət və qayğısı barədə danışır, səfərdə olduqları ölkələrin ictimaiyyətini, iştirak etdikləri toplantıların iştirakçılarını ətraflı şəkildə məlumatlandırırlar. Nəticə etibarilə xarici ölkələrdə, dünyanın nüfuzlu media qurum və təşkilatlarında Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının ən yüksək şəkildə təmin edildiyi barədə məlumat, rəy formalaşır. Və bu da Azərbaycan barədə müsbət fikrin formalaşmasına gətirib çıxarır.
-Ancaq qeyd etdiyiniz müsbət məqamlarla yanaşı, hələ də Azərbaycanı fikir, söz, məlumat və ifadə azadlığına mane yaratmaqda günahlandıran xarici dairələr də var axı?
-Bilirsiniz, onların, həmin təşkilat və qurumların 100 il bundan sonra da Azərbaycan barədə fikirləri, iddiaları dəyişməyəcək. Nəyə görə? Çünki həmin təşkilat və qurumlar birbaşa erməni lobbisinin maliyyəsi ilə yaşayır, fəaliyyət göstərir. Ona görə də onların Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığının pozulması barədə söylədiyi fikirləri, səsləndirdiyi iddiaları, ortaya qoyduqları qərəzli yanaşmaları bir növ normal qarşılamaq lazımdır. Axı mümkün deyil ki, erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən hansısa beynəlxalq qeyri-hökumət təşkilatı öz hesabatında Azərbaycanı tərif etsin, ölkədə fikir, söz, ifadə, məlumat azadlığı, plüralizmin təmin edildiyini etirafında bulunsun. Belə bir halın baş verməsi qətiyyən mümkün deyil. Ona görə də həmin beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının pozulduğu, medianın normal fəaliyyətinə guya heç bir şəraitin yaradılmadığı barədə ittihamları, iddialarının heç bir əsası, çəkisi yoxdur. Onların hazırladıqları həmin hesabatlar, bəyanatlar kağız parçasından başqa bir şey deyil.
-Yəni, reallıq göz qabağındadır eləmi?
-Tamamilə doğrudur. Tarixə qısaca nəzər salsaq deyə bilərik ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi kütləvi informasiya vasitələri ilə iş sahəsində də mütərəqqi addımlar atılmağa başlandı. Bir neçə ildən sonra ölkədə senzura ləğv edildi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə əlavə tədbirlər həyata keçirildi. Sonrakı illərdə kütləvi informasiya vasitəsi yaratmaq üçün uzun illərdən qalan çətin prosedurlar asalanlaşdırıldı, qəzet təsis etmək üçün mövcud olan bürokratik əngəllər aradan qaldırıldı. Bütün bu müsbət tendensiya heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra baş verirdi. Artıq ümummilli lider atdığı bu müsbət addımları ilə Azərbaycan barədə uzun illər formalaşmış mənfi rəyi aradan qaldırır, onun müsbət imicini formalaşdırırdı. İndi bütün beynəlxalq aləm, dünya birliyi Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının necə təmin edildiyini öz gözləri ilə görür, əyani şəkildə müşahidə edirdi. Bir məqamı da qeyd etmək lazımdır ki, ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi istiqamətində görülən işlər, həyata keçirilən islahatlar heç də kampaniya xarakteri daşımırdı və bu bir davamlı proses idi. Elə bütün bu atılan müsbət addımlar, məqsədyönlü işlərin nəticəsi idi ki, ümummilli lider Heydər Əliyev "Jurnalistlərin Dostu" elan olundu. Dövlətin, dövlət başçısının mətbuata, kütləvi informasiya vasitələrinə, azad söz, fikir, ifadə və məlumat azadlığına verdiyi dəyərin bariz nümunəsi bir daha özünü elə həmin mükafatın təqdim olunması zamanı göstərdi. Belə ki, Jurnalistin Dostu mükafatının təqdimetmə mərasimi zamanı ümummilli lider mükafatın plaket hissəsini qəbul etsə də, lakin onun hədiyyəsini götürməkdən imtina etmişdi. Əslində bununla ümummilli lider bir daha mediaya diqqət və qayğı göstərilməsinin vacibliyini ortaya qoyurdu.
-Eyni tendensiya bu gün də davam edirmi?
-Əlbəttə. Hər şey göz önündədir. Ümummilli lider Heydər Əliyevin mediaya, kütləvi informasiya vasitələrinə göstərilən diqqət və qayğı siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Cənab Prezidentin 2003-cü ildən bu günə qədər qeyd etdiyimiz istiqamətdə atmış olduğu addımlar bilavasitə ölkə mediasının inkişafına, onun normal şəraitdə fəaliyyət göstərməsinə hesablanıb. Həmçinin bu addımlar Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsinə istiqamətlənib. Daha dəqiq desək bu prinsiplərin bir qədər də inkişaf etdirilməsinə yönləndirilib. İstər qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması, istər Kütləvi İnformasiya Vasitələrinin İnkişafına dari Konsepsiyasnın işlənib hazırlanması və təsdiq olunması, istər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Azərbaycan Mətbuat Şurası üçün ofisin tikilub istifadəyə verilməsi və onun açılış mərasimində dövlət başçısının iştirakı, istərsə də jurnalistlərin sosial mənzi şəraitinin yaxşılaşdırılması məqsədilə bir neçə yaşayış binasının tikilib istifadəyə verilməsi deyilənlərin əyani sübutudur. Məlumat üçün qeyd edək ki, 2013-cü ildə 156 mənzildən ibarət ilk Jurnalist Binası tikilib istifadəyə verilərək həmkarlarımıza paylanıldı. 2017-ci ildə isə 255 mənzildən ibarət daha bir binanın rəsmi açılış mərasimi oldu və həmin mənzillərdə qələm əhlinin ixtiyarına verildi. Elə ikinci binanın açılış mərasimi zamanı dövlət başçısı növbəti üçüncü bir binanın təməlini ataraq prosesin davamlı xarakter daşıyacağı anonsunu vermiş oldu. Göründüyü kimi, dövlətin mediaya, kütləvi informasiya vasutələrinə kifayət qədər dəstəyi var. Siz mənə hansısa bir ölkəni göstərə bilərsinizmi ki, orada jurnalistlər, kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaşayış binası inşa olunur və həmin bina heç bir qarşılıq alınmadan, pulsuz şəkildə KİV nümayəndələrinə paylanılır. Yaxud Azərbaycanı əsassız olaraq fikir, söz, məlumat və ifadə azadlığını pozmaqda əsassız olaraq ittiham edən həmin beynəlxalq təşkilat və qurumlar, QHT şəbəkəsi Bakıdan fərqli digər bir nümunə göstərə bilərmi? Əlbəttə ki, yox. O zaman Azərbaycanı bu sahədə tənqid etmək, bizə qarşı qərəzli hesabatlar, bəyanatlar yaymaq xəstəliyindən qurtulun.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir