Qüsurlu uşaqlarla bağlı TƏKLİF - Valideynlərinə də müavinət verilsin

Səhhəti qüsurlu uşaqlara sahib olan ailələrə əlavə dəstəyin göstərilməsinə ehtiyac var. Məlumata görə, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib. O bildirib ki, qüsurlu övladı olan ana ona baxmaq üçün işləməmək məcburiyyətindədir: “Düzdür, dövlət tərəfindən qüsurlu uşaqların xəstəliklərinin dərəcələrinə uyğun müavinət verilir, yardım göstərilir”.

Səhhəti qüsurlu uşaqlara sahib olan ailələrə əlavə dəstəyin göstərilməsinə ehtiyac var. Məlumata görə, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib. O bildirib ki, qüsurlu övladı olan ana ona baxmaq üçün işləməmək məcburiyyətindədir: "Düzdür, dövlət tərəfindən qüsurlu uşaqların xəstəliklərinin dərəcələrinə uyğun müavinət verilir, yardım göstərilir".

Deputat qeyd edib ki, qüsurlu uşaqlara baxan analara mənəvi dəstəklə yanaşı maddi dəstəyin də göstərilməsinə ehtiyac var: "Təklif edirəm ki, həmin uşaqların valideynlərinə də müavinət verilsin". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31