Mətanət Əsədova: "Bu vücuda 40 qəpiklik paltar da geyinsəm, yaraşacaq" - VİDEO

 

Mətanət Əsədova canlı efirdə bahalı paltarına söz deyənlərin cavabını verib.

A24.Az xəbər verir ki, "5/5" verilişinin qonağı müğənni Mətanət Əsədova ötən dəfə 3 min manatlıq libası olduğunu açıqlamışdı. Müğənni bu açıqlamadan sonra onu qınayanlara canlı efirdə cavab verib. O, aparıcıya müraciət edərək ilk öncə "Sənin dilin qurusun. Məni bəlaya saldın" deyib:

"Xahiş edirəm, mənim geyindiklərim səviyyəsiz danışan adamlardan qiymətlidir".

Müğənni sonda ayağa qalxaraq vücudunu göstərib və "Bu vücuda 40 qəpiklik paltar da geyinsəm, yaraşacaq. Bu pulnan ölçülmür", - deyərək əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00