Sosial
Azərbaycan dövləti müstəqil mətbuatın inkişafında maraqlıdır
Gündən-günə qüdrətlənən, beynəlxalq aləmin aparıcı subyektlərindən birinə çevrilən gənc müstəqil Azərbaycan dövləti təkcə sosial-iqtisadi sahədə deyil, eləcə də cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində kifayət qədər uğurlar qazanmışdır. Dövlətimizin bu qədər nailiyyətlərə imza atmasının bir səbəbi ulu öndər Heydər Əliyevin işləyib hazırladığı siyasi kurs və həmin xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidirsə, digər səbəbi də dünya miqyasında mövcud olan mütərəqqi məzmunlu fəaliyyət birliklərinin hamısına qoşulmağımızdır.
UNEC-in nümayəndələri Vətən müdafiəçiləri ilə görüşüblər
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor, müəllim və tələbələrindən ibarət bir qrup respublikamızın Qərb bölgəsinə səfər edərək Vətən müdafiəçiləri ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi hissənin komandanlığı tərəfindən səmimiyyətlə qarşılanan qonaqlar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qərargahın qarşısında ucaldılmış abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olundu
Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il ərəfəsində gucləndirilmiş iş rejimində çalışır. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə sayda vaqonların qoşulması təmin edilir.
Bakıda alternativ teleqüllə istifadəyə verildi
Bakıda alternativ televiziya qülləsi istifadəyə verilib. Bu barədə layihəyə yaxın mənbə məlumat verib. Alternativ qüllə ehtiyat qüllə funksiyası daşıyacaq və zərurət yaranacağı təqdirdə, məsələn, efir məkanında profilaktika işləri aparılarkən işə salınacaq. Əvvəlcə alternativ teleqülləsi vasitəsilə sosial paketə daxil olan telekanallar və İctimai Radio yayımlanacaq. Bu məqsədlə stansiyada əlavə TV ötürücüləri quraşdırılıb. Bu həftənin sonunadək isə FM-radio ötürücüləri quraşdırılacaq.
Vergilər nazirinə yeni müşavir təyin olundu
Camal Qasımov Azərbaycan vergilər nazirinin müşaviri təyin olunub. Bu barədə hökumətdəki mənbə məlumat verib. Daha əvvəl C.Qasımov Təhsil Nazirliyinin aparat rəhbərinin müavini vəzifəsində işləyib.
2017-ci ildə 120 min nəfər artdıq
Azərbaycanda əhalinin artım dinamikası yüksəlib. Parlament və BMT ilə birgə keçirilən konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov bildirib.
Hava yağmursuz keçəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Soyuq hava dalğalarının orta sayında azalma qeydə alınıb
AMEA Coğrafiya İnstitutunun 2017-ci ildəki elmi və elmi-təşkilatı fəaliyyətinin yekunları haqqında hesabat xarakterli tədbir keçirilib. Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, 2017-ci ildə institutda elmi-tədqiqat işləri Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi problemləri əsasında aparılıb.
Salyan şəhərində nadir heyvan olan vəhşi çöl pişiyi tutulub
Bu gün günorta saatlarında Salyan şəhərinin mərkəzində nadir hallarda rast gəlinən vəhşi çöl pişiyini qəflətən görən yerli sakinlər xeyli təəccübləniblər. Məlumata görə, vəhşi heyvanı küçədə görən sakinlər onun kimsəyə xətər yetirməsinin qarşısını almaq üçün tutmaq istəsələr də, üzərlərinə atıldığından bu mümkün olmayıb.
Jurnalistin atasını öldürən sürücüyə hökm oxundu, zərərçəkmiş tərəf narazı qaldı
Dekabrın 25-də Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Əlillərin sosial hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanır
Azərbaycanda sosial müdafiə sisteminin təkmilləşdirilməsi daim ön planda olub.“Olaylar” in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda keçirilən konfransda deyib.
Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfrans keçirilir
Dekabrın 25-də Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfrans keçirilib. “Olaylar” xəbər verir ki, Konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, deputatlar iştirak ediblər.
Dünyada baş verən məzhəb savaşları ən yüksək həddə çatıb
Bu günlərdə Azərbaycan dini müstəvidə daha bir beynəlxalq tədbirə evsahibliyi edərək nə dərəcədə tolerant, multikultural bir ölkə olduğunu bir daha sübuta yetirdi. Secindirici hal ondan ibarətdir ki, günümüzdə Azərbaycanın ortaya qoyduğu bu mövqe beynəlxalq aləm, dünya dövlətləri tərəfindən təqdir edilir, dəstəklənir.
FHN-dən əhaliyə Bayram xəbərdarlığı
Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. FHN-dən “Olaylar”a verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır.
Sağ ol, Mahir! Mahir oğlusan! Əkbər Qoşalı yazır...
Xalq şairi QABİLin 7 cildliyi – əsərlərinin külliyyatı gün üzü görüb. QABİLin ruhu şad, oğlunun üzü ağ olsun! Bu münasibətlə Mahir Qabiloğlunu alqışlayır, bütün QABİLsevərləri təbrik edirəm! Elə bilirəm, bir Xalq şairinin əsərlərinin külliyyatı, bütövlükdə şeir-sənət dünyamız üçün əlamətdar hadisədir. Ən azından, hansısa şeirsevər, araşdırmaçı kitabxanalarda fərqli illərə aid, fərqli əlifbalarda fərqli nəşriyyatlarda çıxmış kitabları axtarmaq məcburiyyətində qalmayacaq. – Bir şairin yaradıcılığını, necə deyərlər, bir əldən, toplu şəkildə izləmək, araşdırmaq imkanına yiyələnmiş olacaq.














.jpg)