Sosial
“ASAN Viza” artıq ispan dilində
“ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı aparılan tədbirlər çərçivəsində və Azərbaycana səfər etmək niyyətində olan əcnəbilər və vətəndaşığı olmayan şəxslər üçün “ASAN Viza” portalının daha da rahat və ələçatan olması məqsədilə portalın müxtəlif dillərə tərcümə edilməsi işləri davam etdirilir. Olaylar.az bildirir ki, “ASAN Viza” portalının ispan dili versiyası da istifadəyə verilib. Beləliklə hazırda portal 7 dildə (Azərbaycan, İngilis, Fransız, İspan, Ərəb, Fars və Rus) fəaliyyət göstərir.
Nəsimi rayonuna içməli su fasilələrlə veriləcək
Bakı şəhərinin Nəsimi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, içməli suyun verilməsində məhdudiyyət rayonun 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlarını əhatə edəcək. İçməli suyun verilməsində məhdudiyyətlərə səbəb Nəsimi rayonu.
IX siniflər üzrə monitorinq keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin IX sinifləri üzrə monitorinq təşkil edilib. “OLAYLAR”-ın xəbərinə görə, BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi tərəfindən monitorinqin keçirilməsində əsas məqsəd Azərbaycan dili fənni üzrə şagirdlərin oxu və yazı bacarıqlarını yoxlamaqdan ibarətdir.
Növbəti yaşıllaşdırma aksiyası keçirilib
Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin payız-qış mövsümündə həyata keçirdiyi tədbirlərdən biri də tabeliyindəki avtomobil yollarının mühafizə zolaqlarında yaşıllıq zolaqlarının salınmasıdır.
Xəzər rayonunda neft çəni yandı
Bakı şəhəri, Xəzər rayonunda həcmi 2000 m³ istifadəyə yararsız, kəsilməkdə olan neft çəninin dibinə yığılmış neft qalıqları yanıb.
Azərbaycana gətirilən pivə və alkoqollu içkilər üçün vergi artırıldı
Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan pivə və alkoqollu içkilərə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb. Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb. Dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, gələn il yanvarın 23-də qüvvəyə minir.
Prezident generalı işindən azad etdi - Qərargah rəisi ilə bağlı sərəncam
“İrəli” Cocuq Mərcanlıda
Prezident İlham Əliyevin doğum günü və təşkilatın təsis olunmasının 9-cu il dönümü münasibəti ilə birliyin sədri MirHəsən Seyidov, “İRƏLİ” komandası və 100-dən çox üzv Aprel şəhidləri kompleksi, Şəhidlər Xiyabanına gedib, Cocuq Mərcanlıya ekskursiya edərək yeni tikili, məktəb və mədrəsənin hazırki vəziyyəti ilə tanış olublar.
Bu şəxslər dövlət qulluqçusu olub-olmadığını bilmirlər - Məleykə Abbaszadə
“Bəzən uzun illər hər hansı dövlət qurumunda çalışanlar dövlət qulluqçusu olmalarından xəbərsiz olurlar”. Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, artıq dövlət qulluğuna qəbul üzrə təqdim edilən vakansiyalar barədə məlumatlar açıq şəkildə Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilir: “Dövlət qulluğunda çalışıb, lakin dövlət qulluqçusu statusunda olmayanalar da var. Onlar nir illik müqavilə əsasında işləyir və bir sıra imtiyazlardan məhrum olurlar. Yaxşı olar ki, dövlət qulluğunda çalışanlar dövlət qulluqçusu olub-olmadığını öyrənsinlər”.
Bayram günlərində bu ərazilərdə yarmarkalar təşkil olunacaq - SİYAHI
Bayram günlərində Bakı və Sumqayıtda satış yarmarkaları təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Mətbuat xidmətindən verilən məlumata görə, Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 28-31 yanvar tarixlərində fasiləsiz olaraq, 4 gün müddətində KTN tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
"Yaxın 3 ildə jurnalistlərin yeni binası istifadəyə veriləcək"
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.














