Sosial
Vəkil olmaq istəyənlər martda şifahi imtahan verəcəklər
“Respublikada vəkillərin sayının artırılması üçün işlər davam edir”. Bunu deyən Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov un sözlərinə görə, vəkilliyə qəbul olunmaq üçün 1966 şəxs sənəd vermişdi. Onlardan 1873 nəfəri imatahanda iştirak edib. 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək ikinci turda iştirak haqqı qazanıb. Onlar 60 və daha yüksək bal toplayıblar. Ən yüksək nəticə 90 bal olub: “Amma bu o demək deyil ki, onlar artıq vəkildirlər. İkinci mərhələdə ilk mərhələni keçənlər şifahi imtahan verəcəklər. 607 nəfərdən təxminən 500 nəfərin qəbulu baş tutacaq. İndiki vəkil sayı ilə toplamda təxminən 1400 vəkilimiz olacaq. Ona görə də hazırkı vəkil sayı problem deyil”.
AMEA Naxçıvan Bölməsi hesabat verib
Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatla çıxış edib.
Qəbələ rayonunda təlim təşkil olunub
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən oxucu və turistlərlə işin yeni formatlarda təşkilinə həsr olunmuş kitabxana əməkdaşları üçün təlim təşkil olunub. Olaylar.az bildirir ki, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən və Nazirliyin pilot layihəsinin icrasına cəlb olunmuş kitabxanaçılar üçün təşkil olunmuş sözügedən təlimdə Mərkəzin əməkdaşları ilə yanaşı, Bakı Dövlət Universitetinin mütəxəssisləri də iştirak edib.
Amerikalı uşaqların Azərbaycana həsr etdiyi rəsm əsərlərinin sərgisi keçiriləcək
Uzun illərdir ABŞ-ın Nyu York şəhərində Azərbaycan mədəniyyətini təbliğ edən, “My Way Development Center" uşaqların inkişaf mərkəzinin rəhbəri, həmyerlimiz Alyona Bədəlovanın təşkilatçılığı ilə amerikalı uşaqların Azərbaycana həsr etdiyi rəsm əsərlərinin sərgisi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki,"Azərbaycan amerikalı uşaqların gözü ilə” adlı sərginin açılışı fevralın 16-da Bakıdakı "Xatai Art Center"-də olacaq.
Binəqədidə daha bir küçənin yenidən qurulması yekunlaşır
Binəqədi rayonunda daha bir küçədə aparılan yenidənqruma işləri isə yekunlaşmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, söhbət 945 metr uzunluğa malik Məsud davudoğlu küçəsindən gedir. Artıq küçənin təqribən 600 metrlik hissəsində işlər tam olaraq yekunlaşdırılıb.
Ombudsman aparatının əməkdaşı hərbi hospitalda olub
Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Müdafiə Nazirliyinin nümayəndələri plana uyğun olaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Yanvar ayında əlavə olaraq 18770 nəfərə fərdi şəxsi hesab açılıb
Cari ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 18770 nəfərə fərdi şəxsi hesab açılıb.
Azərbaycanlı qızın bu görüntüsü dünyada İZLƏNMƏ REKORDU QIRDI - VİDEO
Ötən ilin noyabr ayında Sevinc Abbasovanın bacısı qızı ilə olan videosu 2017-ci ildə dünya trendləri siyahısına girdi.
Sumqayıtda Doğum evinin baş həkimi işdən niyə çıxarıldı?
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər 2 nömrəli Doğum Evinin baş həkimi Arzu Məhərrəmova işdən çıxarılıb. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Xeberle.com-a baş həkimin işdən azad olunmasının səbəbləri açıqlanıb: "Arzu Arif qızı Məhərrəmovanın işdən çıxarılma səbəbi Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının araşdırmaları nəticəsində və Səhiyyə naziri Oqtay Şirəliyevin əmri əsasında işində verdiyi nöqsanlara görə olub".
Azərbaycan üçün Həcc kvotası 600-dən 2000-ə qaldırılıb
Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib. Məlumata görə, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.
Sərnişinlər ictimai nəqliyyat vasitələrinə nə üçün zərər vururlar?
Son illər müşahidə edilən müsbət tendensiyalardan biri də paytaxt nəqliyyatında uzun illər yığılıb qalan problemlərin yoluna qoyulması, sərnişinlərin rahatlığı, mənzil başına daha təhlükəsiz və rahat getməsi üçün ardıcıl tədbirlərin görülməsidir. Bu istiqamətdə Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılması xüsusi qeyd edilməlidir.
Əvvəlcə söhbətə cəlb edilir, sonradan şəkillər əldə edilir
Son vaxtlar telefon və internet vasitəsilə şantaj olunaraq xəyanətdə ifşa edilən gəlinlərin, bəzi hallarda isə ərlərin hesabına ailələrin dağılması halları artmaqdadır. Artıq çox böyük sosial bəlaya çevrilən belə faktlar deməyə əsas verir ki, çoxsaylı qız-gəlinlərin belə şərəfsiz şantajistlərin toruna düşmə ehtimalı var. Bəz, belə halların qarşısını necə almaq olar? Məsələ ölkə qanunvericiliyində necə tənzimlənir?
Millət vəkilindən NÜMUNƏ olacaq ADDIM
Hadi Rəcəbli: “Yeni qanun əliliyi olan şəxsləri cəmiyyətə inteqrasiya edəcək”
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanunun məqsədi əlillərin sosial müdafiəsini, onların hüquqlarının qorunmasını, cəmiyyətə tam inteqrasiyasını təmin etməkdir. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. H.Rəcəbli bildirib ki, bu qanun əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edəcək. Onun sözlərinə görə, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması məsələləri də sənəddə əksini tapır: “Eləcə də, qanun əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək.
Bakıda 250 min dollara it satılır: “Biri villa ilə barter təklif etdi, lakin razılaşmadı...”
Afrika meymunundan tutmuş İran pişiyinə, qurbağadan tutmuş soxulcana, ekzotik tısbağaya qədər nə istəsən bu saytda tapmaq olar. Söhbət Azərbaycanın son vaxtlar sürətlə populyarlaşan, əvvəllər daha çox evdar qadınların işlənmiş ev əşyalarını satışa çıxarmaq üçün yararlandığı lalafo.az saytından gedir.














