Sosial
Pensiyaçılara daha bir müjdə
Prezidentin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın şamil olunduğu hər bir pensiyaçının pensiyasına müvafiq artımların edilməsi ilə bağlı hesablamalar artıq başa çatıb.
Bakıda kişilərin evini yıxan xidmət açıldı
Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən getdi
Azərbaycanda boşanmaların sayı 11%-ə yaxın artıb
2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub. 2016-cı il ilə müqayisədə ölkədə nikahların sayı 5,8% azalıb, boşanmaların sayı isə əksinə 10,8% artıb.
Şəhidlər Xiyabanında dəfn olunmayan 20 Yanvar şəhidi-VİDEO
I, II, IV və V ixtisas qruplarına yeni ixtisaslar əlavə edildi - SİYAHI
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda oğlanlarla qızlar arasında nisbət pozulub
Ötən il Azərbaycan əhalisinin sayı 88 104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvarın 1-nə 9 898 085 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin illik hesabatında bildirilib. Məlumata görə, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.
Qarın piylərini necə əritmək olar? - MƏSLƏHƏTLƏR
Üzgüçülük üzrə Bakı şəhər açıq birinciliyi keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə “Qızıl balıq” Bakı şəhər açıq birinciliyi keçirilib.
Atatürk prospektinin köməkçi yolunda təmir-tikinti işləri aparılır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tədbirlər çərçivəsində Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinədək olan istiqamətdə sıxlığın azaldılması məqsədi ilə təmir-tikinti işləri aparılır.
Vanqadan PROQNOZ: Fevral ayında bu bürclər pul içində üzəcək
Albaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
Albaniya Respublikasının Prezidenti İlir Meta Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcək. Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu məqsədlə Albaniya Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulub.
Milli Məclis fevralın 23-də yığışacaq
Milli Məclisin fevralın 23-də keçiriləcək iclasın gündəliyi açıqlanıb. “Olaylar” xəbər verir ki, iclasda Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında müdafiə sənayesi və təhsil sahəsində əməkdaşlıq sazişlərinin təsdiq olunması haqqında, “Patent haqqında” qanunda, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunda, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunda, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunda, “Dövlət rüsumu haqqında” qanunda, “Baytarlıq haqqında” qanunda, “Fitosanitar nəzarət haqqında” qanunda, “Yeyinti məhsulları haqqında” qanunda, “Standartlaşdırma haqqında” qanunda, “Sanitar-epidemioloji salamatlıq haqqında”, “Yol hərəkəti haqqında” qanunda və “Texniki tənzimləmə haqqında” qanunda dəyişikliklər edilməsi haqqinda qanun layihələri müzakirə ediləcək. İclasın gündəliyinə, həmçinin Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri də daxildir.














