Vəkil olmaq istəyənlər martda şifahi imtahan verəcəklər

“Respublikada vəkillərin sayının artırılması üçün işlər davam edir”. Bunu deyən Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov un sözlərinə görə, vəkilliyə qəbul olunmaq üçün 1966 şəxs sənəd vermişdi. Onlardan 1873 nəfəri imatahanda iştirak edib. 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək ikinci turda iştirak haqqı qazanıb. Onlar 60 və daha yüksək bal toplayıblar. Ən yüksək nəticə 90 bal olub: “Amma bu o demək deyil ki, onlar artıq vəkildirlər. İkinci mərhələdə ilk mərhələni keçənlər şifahi imtahan verəcəklər. 607 nəfərdən təxminən 500 nəfərin qəbulu baş tutacaq. İndiki vəkil sayı ilə toplamda təxminən 1400 vəkilimiz olacaq. Ona görə də hazırkı vəkil sayı problem deyil”.

"Respublikada vəkillərin sayının artırılması üçün işlər davam edir". Bunu deyən Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov un sözlərinə görə, vəkilliyə qəbul olunmaq üçün 1966 şəxs sənəd vermişdi. Onlardan 1873 nəfəri imatahanda iştirak edib. 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək ikinci turda iştirak haqqı qazanıb. Onlar 60 və daha yüksək bal toplayıblar. Ən yüksək nəticə 90 bal olub: "Amma bu o demək deyil ki, onlar artıq vəkildirlər. İkinci mərhələdə ilk mərhələni keçənlər şifahi imtahan verəcəklər. 607 nəfərdən təxminən 500 nəfərin qəbulu baş tutacaq. İndiki vəkil sayı ilə toplamda təxminən 1400 vəkilimiz olacaq. Ona görə də hazırkı vəkil sayı problem deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31