Sosial
Bakıda "Anamgilə gedirəm" deyən gəlin taksidə soyunub, otelə getdi - VİDEO
Taksi sürücüsü Bakıda ərinə xəyanət edən gəlinin ilginc planından danışıb. Sürücü şahidi olduğu bu hadisəni vəkil Şəfiqə Nağıyevaya deyib.
DİM qabiliyyət imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssislər üçün müsabiqə elan edir
Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssislər üçün müsabiqə elan edir. Bu barədə DİM-dən məlumat verilib.
Azercell-dən daha bir yenilik
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC 4,5 milyonluq abunəçi ailəsi üçün daha bir unikal və yeni xidməti istifadəyə verib. Fevralın 15-də Bulvar Otelde baş tutan xidmətin təqdimat mərasimində şirkət rəhbərliyi və Azercellin 250 korporativ müştərisi iştirak edib. Mərasimdə məhsulun Demo versiyasi nümayiş etdirilib və xidmətlə bağlı bütün suallar cavablandırılıb. Bildirilib ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.
Abşeronda ŞOK OLAY - Aylardır axtarılan məktəbli evlərindəymiş - VİDEO
Aylardır Saray qəsəbəsindən itkin düşdüyü deyilən məktəbli ilə bağlı ilginc olayın üstü açılıb. "Səni axtarıram"a müraciət edən qadının tükürpədici yalanı hər kəsi təəccübləndirib. İtkin düşüb dediyi oğlunun sinəsində problem olduğu üçün müalicəsinə imkanı olmadığını deyən qadın övladının itkin düşdüyü barədə yalan məlumat verərək, bu yolla övladının studiyaya gətirilməsini və müalicə olunmasını planlaşdırıb.
Mətbuat Şurasının fəaliyyəti qənaətbəxşdirmi?
Xəbər verildiyi kimi, cari ilin mart ayının 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurası haqqında nizamnamənin tələbinə uyğun olaraq idarə heyətinin yeni üzvləri seçiləcək.
Nəsimi rayonunda tibbi müayinə uğurla davam etdirilir
Ölkə başçısının tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Nəsimi Rayon İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur.
Sabiq nazir adının ölüm hadisəsində hallanması ilə bağlı danışdı
Bakı sakini Nicat Vəliyev “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdan şikayətçi olduğunu bildirib. Şikayətçi söyləyib ki, problem ilə bağlı lazımı qurumlara müraciət edib, kömək ala bilməyincə məsələni ictimailəşdirmək qərarına gəlib.
“Kinematoqrafçı” layihəsinə start verilib
“Məktəblinin dostu” layihəsi çərçivəsində Azərbaycan”” Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində “Kinematoqrafçı” layihəsinə start verilib. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, layihə fondun maliyyə dəstəyi ilə kinematoqrafiya sahələrinin yuxarı sinif şagirdləri arasında təbliği üçün təşkil edilir. 2 həftə davam edəcək layihədə ideyanın formalaşması, rejissorluq, operatorluq və aktyorluq sənətinin əsasları mövzularında təlimlər keçiriləcək və bu sahədə fəaliyyət göstərmək istəyən gənclərə mütəxəssislər öz tövsiyələrini verəcəklər. Təlimlərdə nəzəri biliklərin verilməsi ilə yanaşı, praktiki seminarlar da nəzərdə tutulur. Belə ki, ilkin mərhələdə ixtisas sahələri üzrə qruplaşan iştirakçılar son üç dərsdə birgə işlər hazırlayacaqlar.
BŞTİ rəhbərliyi Sabunçu məktəblərində görüşlər keçirib
Paytaxtətrafı məktəblərdə keçirilən növbəti görüşlər Sabunçu rayonunda təşkil olunub. “OLAYLAR” xəbər verir ki, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində keçirilən görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Nərgiz Səfərova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər. Görüşlər Sabunçu rayonu üzrə Pirşağı qəsəbə 188 və 305 nömrəli tam orta məktəblərdə təşkil edilib.
Ramiz Mirzəyevin oğlunun öldüyü qəzanın görüntüsü - VİDEO
Xəbər verdiyimiz kimi, Sabirabad rayonunun Həşimxanlı kəndində "Jeep" markalı minik avtomobili su kanalına aşıb. Hadisə nəticəsində AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin 33 yaşlı oğlu Anar Mirzəyev həlak olub.
Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq
Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq. Məlumata görə, 8 Mart - Qadınlar günü iş günü hesab edilmir. Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.
Regionların sosial-iqtisadi inkişaf proqramları ənənəvi sahələrin inkişafına təkan verib
Müasir çağırışların tələblərinə uyğun olaraq ölkədə həyata keçirilən çevik iqtisadi nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənib, davamlı sosial-iqtisadi inkişafa nail olunub, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. Ölkədə tətbiq olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları nəticəsində qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara göstərilən dəstək nəticəsində bütün sahələrdə uğurlar qazanılıb, siyasi və iqtisadi sabitlik təmin edilib, hərtərəfli tərəqqiyə və inkişafa nail olunub. Onu da qeyd edək ki, regionların sosial iqtisadi inkişafl ilə bağlı dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bir sıra ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına nail olunub. Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatç
Azərbaycanda Çin təqvimi möcüzəsi: Ayın 28-nə qədər vaxtınız var
Qədim mədəniyyət mərkəzi olan Çin çoxsaylı özəlliklərinə görə daim dünya xalqlarının diqqət mərkəzində olub. Bu əsrarəngiz məmləkətin əsas atributlarından biri də 3 min ildən artıq yaşı olan Çin təqvimidir.
Leyla Seyidbəyli Doğum Evinə baş həkim təyin edildi (YENİLƏNDİ)
Miqrasiya Xidməti regional seminar keçirib
Xaçmaz Regional Miqrasiya İdarəsi tərəfindən Quba “ASAN xidmət” mərkəzində “Dövlət Mirqasiya Xidmətinin həyata keçirdiyi xidmətlərin təşkili” mövzusunda maarifləndirmə seminar keçirilib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, tədbirdə Quba “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları və könüllülər iştirak edib.














