Miqrasiya Xidməti regional seminar keçirib
Xaçmaz Regional Miqrasiya İdarəsi tərəfindən Quba “ASAN xidmət” mərkəzində “Dövlət Mirqasiya Xidmətinin həyata keçirdiyi xidmətlərin təşkili” mövzusunda maarifləndirmə seminar keçirilib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, tədbirdə Quba “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları və könüllülər iştirak edib.
15 Fevral 2018 15:49 SosialXaçmaz Regional Miqrasiya İdarəsi tərəfindən Quba "ASAN xidmət" mərkəzində "Dövlət Mirqasiya Xidmətinin həyata keçirdiyi xidmətlərin təşkili" mövzusunda maarifləndirmə seminar keçirilib. "OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, tədbirdə Quba "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları və könüllülər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Quba "ASAN xidmət" mərkəzinin direktoru Elman İsayev Dövlət Miqrasiya Xidmətinin miqrasiya sahəsində maarifləndirmə məqsədilə təşkil etdiyi seminarın əhəmiyyətini qeyd edib.
Xaçmaz regional miqrasiya idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Hidayət Rüstəmov "Dövlət Mirqasiya Xidmətinin həyata keçirdiyi xidmətlərin təşkili" mövzusunda məruzə edib.
Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.