Sosial

Sabirabadda zəncirvari qəza: 4 yaralı arasında polis zabiti də var 

2 Mart 2018 13:01

Bu gün səhər saatlarında Sabirabad rayonunda ağır zəncirvari qəza baş verib.  "VAZ-2107", "NİSSAN" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "VAZ-2107"in sürücüsü, Sabirbad rayonu, Qaratəpə kənd sakini, 25 yaşlı Yusif Vəli oğlu Hüseynov , "NİSSAN"ın sürücüsü, rayonun Qalaqıyın kənd sakini Elşən Eyvaz oğlu Hüseynov və iki nəfər sərnişini-həmkəndlisi Nicat Ramiz oğlu Quliyev, Türkədi kənd sakini Elxan İlham oğlu Dadaşov müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Musa Qasımlı: "Müəllimlərin sosial vəziyyəti yaxşılaşacaq" 

2 Mart 2018 12:27

“Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında olan sərəncam olduqca diqqətəlayiqdir”. Bu sözləri  millət vəkili Musa Qasımlı deyib.

Nazirlik direktora “məcburi göstəriş” verdi

2 Mart 2018 12:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Bakı şəhərində növbəti reyd keçiriblər. Olaylar.az bildirir ki, reyd zamanı Nizami rayonu, İ.Nəsimi küçəsi 8 ünvanında istehsalat və məişət tullantılarının qalaqlanması, mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmaması və yandırılması faktı aşkar edilib. Araşdırma zamanı sözügedən ünvanda “Gündüz-AS” MTK tərəfindən  hündür mərtəbəli binanın tikildiyi, tikinti zamanı yaranan istehsalat və məişət tullantılarının əraziyə atılaraq qalaqlandığı və yandırıldığı müəyyən olunub. 

Sabah sınaq imtahanı var

2 Mart 2018 12:20

Dövlət İmtahan Mərkəzi sabah rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, sınaq imtahanı DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək.

DİM: "Namizədlərin müsahibədə iştirak etməmələri onların məsuliyyətsizliyi kimi xarakterizə edilir"

2 Mart 2018 12:09

Dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərin müsahibədə iştirak etməmələri onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Dövlət İmtahan Mərkəzinin (DİM) məlumat bazasında qeydiyyata alınır.

Rüstəm Usubovdan dəhşətli yanğınla bağlı ilk açıqlama

2 Mart 2018 11:59

Xətai rayonu Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğınla bağlı məlumat vermişdik.

“Şöhrət” ordeni ilə təltif olunan alim anıldı

2 Mart 2018 11:42

Azərbaycan Dillər Universiteti  nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda məşhur azərbaycanlı alim-şərqşünas Sara Aşurbəylinin xatirəsinə həsr olunmuş “Azərbaycanda çinşünaslığın tarixi” mövzusunda elmi-tələbə seminarı keçirilib. Olaylar.az bildirir ki, çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov S.Aşurbəylinin Azərbaycan tarixi elminin inkişafına verdiyi töhfələr barədə danışıb. S.Aşurbəylinin orta əsrlərdəki Azərbaycan ilə Çin arasında iqtisadi və mədəni əlaqələrə həsr olunan əsərlərinə diqqət çəkən R.Abbasov görkəmli alimin Azərbaycan sinologiyasının təməlini qoyduğunu vurğulayıb.

Xidmət rəisi vətəndaşları qəbul edəcək

2 Mart 2018 11:42

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov martın 15-də Xidmətin Sabirabad rayon şöbəsində vətəndaşları qəbul edəcək.

Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 15 059 müraciət daxil olub

2 Mart 2018 11:39

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 15 059 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 137 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 922 vətəndaşa xidmət göstərilib.