Səhiyyə Nazirliyindən yanğınla bağlı SON XƏBƏR (YENİLƏNDİ)

Səhiyyə Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, hadisə nəticəsində ölənlərin hamısı xəstələr olub.

Yaralılardan 1 nəfər 3 saylı Şəhər Xəstəxanasına, 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikoloji şöbəsinə yerləşdirilib.

***

Səhiyyə Nazirliyin Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib.

"Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib. Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyyə etmək mümkün olub.

Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir. Həyata keçirilmiş bütün zəruri tədbirlərə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb".Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00