Sosial

Tələbələr miqrasiya sahəsində maarifləndirilir

2 Mart 2018 14:00

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü ərəfəsində  paytaxtda və regionlarda ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir. “OLAYLAR” Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində miqrasiya qanunvericiliyindəki yeniliklər şərh olunub.

VI Könüllülük Proqramına start verilir

2 Mart 2018 14:01

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Könüllülük Proqramına qatılmaq arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir. “OLAYLAR” İdarəyə istinadən xəbər verir ki, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar. İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Fevral ayında  8 609  müraciət daxil olub

2 Mart 2018 13:59

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin fevral ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. “OLAYLAR” xəbər verir ki, qeyd olunan müddət ərzində ümumilikdə, mərkəzlərə 8 609 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Yanğınla bağlı növbəti məlumat yayıldı

2 Mart 2018 13:54

Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirlikləri yanğın barədə növbəti məlumat yayıb. Məlumatda bildirilir ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Bakıda deputatlar arasında ilk beynəlxalq futbol turniri keçiriləcək

2 Mart 2018 13:52

Gələn həftə Bakı tarixində ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək. Martın 9-11-i arasında gerçəkləşəcək futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub.Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək. Bu barədə millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan edib: “Ölkə başçısı bununla bağlı xüsusi sənəd imzalayıb.

Bakıda jurnalistin çantası maşından belə oğurlandı - VİDEO 

2 Mart 2018 13:47

Bakıda jurnalist Ülkər Qasımqızının çantası oğurlanıb. Zərərçəkənin Report-a verdiyi məlumata görə, hadisə fevralın 28-i Qara Qarayev prospekti 39/47 ünvanında “Oskar” mebel salonunun qarşısında qeydə alınıb.

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

2 Mart 2018 13:27

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq. Məlumata görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nda əksini tapıb.

Çoxuşaqlı ailələrdə məktəbəqədər təhsillə bağlı ailə tipli təlim qrupları yaradılacaq

2 Mart 2018 13:23

Nazirlər Kabineti “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nı təsdiqləyib. Məlumata görə, Qaydaya əsasən, məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin (digər qanuni nümayəndələrin) istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər.

Bakıda Novruz yarmarkası təşkil olunacaq

2 Mart 2018 13:07

Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 17-20 mart 2018-ci il tarixlərində fasiləsiz olaraq 4 gün kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunacaq: Bakı şəhəri üzrə: Xətai rayonu: Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı;  Nərimanov rayonu: Keşlə bazarının ərazisi;