Sosial
İstanbulda 8-ci Dünya İslam Forumu keçirilir
Türkiyənin İstanbul şəhərində Dünya İslam Forumu beynəlxalq təşkilatı və Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə təşkilatçılığı ilə 8-ci Dünya İslam Forumu keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, 1-3 mart tarixlərində keçirilən forumda müxtəlif ölkələrdən olan dövlət və hökumət nümayəndələri iştirak edirlər.
BNA paytaxtda daha 50 dayanacaq məntəqəsi təşkil edib
Paytaxtın Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən 50 dayanacaq məntəqəsi təşkil edilib. BNA-dan “OLAYLAR”-a bildirilib ki, bunlardan da 27-də pavilyon quraşdırılıb. Məqsəd, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin, sərnişindaşımada keyfiyyətin artırılmasıdır.
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda seminar keçirilib
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda növbəti seminar keçirilib. Tədbirdə Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək seminar haqqında məlumat verib.
Evi "isti pol" etdirmək bizə neçəyə başa gələr? QİYMƏTİ - VİDEO
Son vaxtlar yeraltı istilik sistemlərinə maraq artıb. Satıcılar bildirir ki,bu cihazdan istifadə heç bir təhlükə yaratmır. Bəs qiymətlər neçəyədir?
Gəncədə “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda beynəlxalq konfrans keçirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramı Bərdənin simasını dəyişib
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası respublikanın hər bir bölgəsində olduğu kimi Aran zonasında da uğurla icra edilir. Məlumat üçün qeyd edək ki, hələ sözügedən Dövlət Proqramı qəbul edilərkən proqramda ayrı-ayrı regionlar üzrə spesifik sahələr müəyyən edilib qruplaşdırılmışdı. Bərdə rayonun daxil olduğu Aran iqtisadi zonasında əsasən kənd təsərrüfatının, heyvandarlığın, pambıqçılığın inkişaf etdirilməsi, qeyd edilən sahələrdə emal və istehsal müəssisələrinin açılması nəzərdə tutulurdu. Ötən dövrdə demək olar ki, Bərdə rayonu üzrə qarşıya qoyulan məqsədlərə nail olunub.
Morqun qarşısında ailə dramı: "Açın qapını" - VİDEO
Yanğında ölənlərin qohumları ilə polislər arasında qarşıdurma baş verib. Patoloji Anatomiya Bürosunun qarşısında olan əməkdaşının verdiyi məlumata görə, əzizlərindən heç bir xəbər ala bilməyələr morqa girməyə cəhd ediblər. Bu zaman polis onlara müqavimət göstərib. Hazırda qarşıdurma davam edir.
Alimenti ödəyə bilməyən valideyn niyə həbs olunur?
Ölkədə boşanmaların sayının artması davam etməkdədir. Boşanma hallarının müxtəlif səbələrdən baş verməsi cəmiyyəti düşümdürən məsələlərdəndir. Bəs boşanma halları nədən baş verir və belə halların qarşısını almaq mümkündürmü?
Azərbaycan efirlərində əyləncəli verilişlər dayandırılacaq? - RƏSMİ CAVAB
Televiziya və radio kanallarında əyləncəli verilişlər yalnız rəsmi matəm günündə dayandırılır. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğında 25 nəfərin həlak olması ilə əlaqədar əyləncəli verilişlərin dayandırılıb-dayandırılmaması məsələsinə münasibət bildirərkən deyib.
“Bələdiyyə qulluqçuları öz vəzifələrinə nə qədər ciddi riayət etsələr...”
Artıq uzun illərdir ki, Azərbaycanda vələdiyyə sistemi fəaliyyət göstərir. Etiraf etmək lazımdır ki, ötən illər ərzində bu sahədə o qədər az nailiyyətlər qazanmamışıq. Bu gün kifayət qədər bələdiyyə qurumu var ki, onlar öz fəaliyyətlərini günün tələblərinə uyğun quraraq səmərəli fəaliyyət göstərirlər. Bu sırada beynəlxalq təcrübədən yararlanmaq da bələdiyyələrin işinə yarayır.
Səlim Müslümovdan mühüm açıqlama
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən rayonunda həmin rayonun və Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri ilə görüşüb.
“Azərişıq”dan dəhşətli yanğınla bağlı AÇIQLAMA
"Respublika Narkoloji Mərkəzində yanğın “Azərişıq”a məxsus elektrik naqillərinə görə deyil, binanın daxilindəki elektrik xətləri səbəbindən baş verib". Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Bakıdan gələn bu faciəli xəbərdən sarsıldım - Yaqland
Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Bakının Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğında insanların ölməsi ilə əlaqədar başsağlığı verib.
"Türk Hava Yolları" istiqamətlərin sayını 301-ə çatdırıb
Türkiyənin milli aviaşirkəti Fritauna (Syerra-Leone) birbaşa reyslər həyata keçirməyə başlayıb. Bununla da aviaşirkətin uçduğu ölkələrin sayı 121-ə, istiqamətlərin sayı isə 301-ə çatıb. “OLAYLAR” xəbər verir ki, Afrika üzrə digər aviaşirkətlərdən daha çox istiqamətlərə uçuşlar həyata keçirən və bu yaxınlarda Fritaunun paytaxtı Syerra-Leoneyə birbaşa reyslər açan “Türk Hava Yolları” öz marşrut şəbəkəsini fəal şəkildə inkişaf etdirir.

.jpg)












