Sosial
Bayılla bağlı YENİ QƏRAR - Bu gündən...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində tədqiqatlar aparmaq üçün yeni cihazlar - topoqrafik reperlər quraşdırmağa başlayacaq.
Baş redaktorun ölümü ilə bağlı cinayət işi açıldı
Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimovun ölümü ilə bağlı cinayət işi açılıb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qan qrupunun insanların həyatına 7 MÜHÜM TƏSİRİ - Yaponların İNANILMAZ İNANCI
Şərq mədəniyyətində insanın hansı qan qrupuna aid olması onun həyatında mühüm yer tutur. Yaponiyadakı geniş yayılmış inanca görə, qan qrupu 2 olanlar həssas, mükəmməliyyətçi və işgüzar insanlar olsalar da, ancaq daxilən çox narahatdırlar.
Ramil Usubova ağır itki
Ailəsindən İsa Qəmbərin insult keçirməsi xəbərinə SƏRT REAKSİYA- YENİLƏNİB
Musavat Partiyasının keçmiş başqanı İsa Qəmbər hemorragik insult keçirib və onun beyninə qan sızıb. Bu barədə Səhiyyə Nazirliyindəki mənbələrdən bildirilib. Bakı həkimlərinin müşayiəti ilə İsa Qəmbər Ankara klinikalarından birinə müalicəyə göndərilib.
SOS! Ölkəmizdə elə bölgələr var ki, az qala hər iki evdən birində eşitmə problemi var
Azərbaycanda 10 min nəfər insan eşitmə problemlərindən əziyyət çəkir. Məlumata görə, bunu Azərbaycan Tibb Universitetinin Lor kafedrasının müdiri, professor Vəfa Pənahi bildirib. O, dünya əhalisinin 6 faizinin məhz bu xəstəliyə düçar olduğunu açıqlayıb. Klinikanın qulaq, burun, boğaz şöbəsinin müdiri Murad Şıxəliyev qeyd edib ki, dünya əhalisinin 365 milyonu karlıq və eşitmə problemlərindən əziyyət çəkir, onlardan 32 milyonunu uşaqlar təşkil edir.
Narkoloji Mərkəzdəki yanğında ölənlərin ailələrinə maddi yardım göstəriləcək
Azərbaycan dövləti Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərəcək.
Eldar Sultanov Narkoloji Mərkəzdəki yanğınla bağlı açılan CİNAYƏT İŞİ barədə
Baş Prokurorluq Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı cinayət işinin maddələrini açıqlayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizlik qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq - əməliyyat tədbirləri davam etdirilir.
Narkoloji dispanser yanğından sonra – VİDEO
Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğından sonra dispanserin hazırkı vəziyyətini əks etdirən görüntülər yayımlanıb. AzTV həmin videonu təqdim edir.
AMEA-da Bayıl yamacının sürüşmə zonasında vəziyyət müzakirə edilib
AMEA Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası keçirilib. Coğrafiya İnstitutundan verilən məlumata görə, iclasda İnstitutun Geomorfologoya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, dosent Starə Tarixazər Bayıl yamacının sürüşmə zonasında vəziyyət haqqında məruzə edib.
Həmkarı Aydın Xırdalanlını dəhşətli yanğından xilas etdi
Meyxanaçı Aydın Xırdalanlı Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalıb. Meyxanaçı həmin mərkəzdə müalicə olunurdu. Bir aya yaxındır ki, Narkoloji Mərkəzdə müalicə alan Aydın həmkarı Vasif Əzimovun oğlan toyunda iştirak etmək üçün Narkoloji Mərkəzdən çıxıb toya gedib. Meyxanaçı daha sonra həmin mərkəzə qayıtmayıb.
Elşad Xose də yanan dispanserdə olub: "Gözümün önündə xeyli adam diri-diri yandı"
Xəbər verdiyimiz kimi bu gün - martın 2-də, səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib. Hadisə zamanı tanınmış reper Elşad Xose də Narkoloji Mərkəzdə olub. Məsələ ilə bağlı reperlə əlaqə saxladıq, o, faktı təsdiq etdi: "Səhər xəbəri eşidən kimi dəhşət içində hadisə yerinə qaçdım. Çünki mənə doğma olan dostum orada müalicə olunur. Xoşbəxtlikdən həmin oğlan qonşu korpusda olub, xəsarət almayıb. Gözümün önündə xeyli adam diri-diri yanaraq, kül oldu.
146 nəfər magistraturaya qəbul imtahanına gəlməyib
Dövlət İmtahan Mərkəzi (DİM) Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb.
"Femida" qəzetinin baş redaktoru dəm qazından öldü
Bakıda baş redaktor dəm qazından boğulub ölüb. Məlumata görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, "Femida" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.












.jpg)

