Sosial

Gəncədə BƏDBƏXT HADİSƏ: 51 yaşlı qadın pəncərə silərkən...

2 Mart 2018 21:05

Gəncədə 51 yaşlı qadın ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib. Hadisə şəhərin Ozan küçəsində yerləşən yaşayış binalarının birində baş verib.

Astarada avtomobil qaz borusuna çırpılıb, xəsarət alan var

2 Mart 2018 21:01

Astara rayonu Şahağacı kəndində yol qəzası olub.  "VAZ 2106" markalı avtomobil hərəkətdə olarkən qarşısına maneə çıxıb. Sürücü maneədən yayınmaq istəyərkən idarəetməni itirib və avtomobil yolun kənarındakı qaz borusuna çırpılıb.    

“Mətbuatımız və ana dilimiz” mövzusunda dəyirmi masa

2 Mart 2018 20:42

Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Mətbuatımız və ana dilimiz” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov dilimizin ifadə imkanları, təhsilin dil mühitində inkişaf etdirilməsi və şifahi nitqdə olan problemlərdən bəhs edib. Dünyanın ən qəliz mətləblərini Azərbaycan dili vasitəsi ilə ifadə etməyin mümkünlüyünü vurğulayan M.İmanov mətbuat orqanları, radio və telekanalların yol verdiyi nöqsanlardan danışıb:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıb

2 Mart 2018 19:50

Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabının silsilə təqdimatları başlayıb. Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov çıxışında bildirib ki, kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, kitabda onun təşəbbüsü və rəhbərliyi altında ölkəmizin multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsi səhəsində həyata keçirdiyi layihələrdən, bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə əldə edilən nailiyyətlərdən bəhs olunur.

Valideynləri daha çox hansı suallar maraqlandırıb? - Təhsil İdarəsi açıladı

2 Mart 2018 18:43

22 fevral - 2 mart 2018-ci il tarixlərində paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Facebook" səhifəsində müvafiq suallara cavab verilib. 

Yunus Oğuzun imza günü...

2 Mart 2018 18:22

Martın 2- də Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçirilən “İmzalı görüş” layihəsi üzrə “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin baş redaktoru, yazıçı – publisist Yunus Oğuzla gənclərin görüşü keçirilib.