Narkoloji Mərkəzdə həlak olanlardan 9-nun meyiti ailələrinə təhvil verilib
3 Mart 2018 09:51 SosialMartın 2-də Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olmuş 25 nəfərdən 9-nun meyiti ailələrinə təhvil verilib., Ölənlərin ailə üzvləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyinə gələrək meyitlərə baxış keçirdikdən sonra mümkün olub. Nəticədə yalnız 9 nəfərə aid meyit yaxınları tərəfindən tanınıb və hüquq-mühafizə orqanlarının apardığı müvafiq ekspertiza prosedurundan sonra onların cənazəsi qohumlarına verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00