Astarada avtomobil qaz borusuna çırpılıb, xəsarət alan var

Astara rayonu Şahağacı kəndində yol qəzası olub.  "VAZ 2106" markalı avtomobil hərəkətdə olarkən qarşısına maneə çıxıb. Sürücü maneədən yayınmaq istəyərkən idarəetməni itirib və avtomobil yolun kənarındakı qaz borusuna çırpılıb.    

Nəticədə qəza zamanı sərnişin 1976-cı il təvəllüdlü Təranə Ağakərim qızı Zamanova müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. Apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31