Sosial

Pulsuz tibbi müayinələr zamanı əhalidə aşkarlanan xəstəliklər açıqlanıb

25 Aprel 2018 16:12

Fevralın 12-dən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi prosesi davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2 ay ərzində 1 912 405 nəfər tibbi müayinələrdən yararlanıb. Onlardan 919 075 nəfər kişi, 993 330 nəfəri isə qadındır.

Multikultural dəyərlərlə bağlı daha bir tədbir

25 Aprel 2018 16:10

Azərbaycan Dillər Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabına həsr olunan dəyirmi masa keçirilib.

Zərifə Əliyevanın anadan olmasının 95 illiyi münasibəti ilə sərgi təşkil olunub

25 Aprel 2018 15:41

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. “Olaylar” xəbər verir ki, əlamətdar günlə bağlı rayon İcra Hakimiyyəti və Azərbaycan Resublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Qalereya 1969”-da görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilib.

Daha üç yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

25 Aprel 2018 15:29

Xaçmaz rayonunun Meşəli, Sahillər və Samurçay qəsəbələrinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki,  bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 029 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 95 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tağıyevin qızlar məktəbi (1901)

25 Aprel 2018 15:27

Bakıda Əlyazmalar İnstitutunun binası əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi olub. Tağıyev gəncləri öz hesabına təhsil almağa göndərirdi.

Sosial şəbəkə meydanı “Bəzən buranı çox darıxdırıcı hesab edirəm və getmək istəyirəm”

25 Aprel 2018 14:26

Həyatımızın bir hissəsi olan sosial şəbəkələrdən hər kəs şikayət edir. Bəs hamının şikayət etdiyi, amma ayrıla bilmədiyi sosial şəbəkələr yazarlarımızın yaradıcı fəaliyyətlərinə necə təsir edir?.

Bakıda idarə işçisi sərxoş vəziyyətdə öldü

25 Aprel 2018 14:11

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Novxanı qəsəbəsi ərazisində “Bağlar” Elektrik Şəbəkəsinin əməkdaşı, 1960-cı il təvəllüdlü Səxavət Xəlilov transformatorda işləyərkən cərəyan vurması nəticəsində ölüb.

Qaradağ Rayon Polis İdarəsinə yeni rəis təyin olunub

25 Aprel 2018 13:57

Bakının polis bölmələrindən birinə yeni rəis təyin olunub.  Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovniki Yasər İbadov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi təyin edilib.

“WhatsApp”dan yaş qadağası gəlir

25 Aprel 2018 13:43

"WhatsApp" messenceri Avropa ölkələri üçün yaş məhdudiyyəti tətbiq edir. Gələn aydan etibarən Avropa ölkələrində 16 yaşdan aşağı şəxslər üçün xidmət əlçatmaz olacaq.  Lakin messencerin administratorlarının qeydiyyat zamanı istifadəçilərin yaşını necə müəyyən edəcəkləri qaydaları açıqlanmır. 

Şagirdlərdə mütaliə vərdişləri yaratmaq vacib şərtdir

25 Aprel 2018 13:35

Ölkəmiz son zamanlar çiçəklənən bir dövrə qədəm qoyub. Bütün sahələrdə əsaslı islahatlar durmadan artır. Şübhəsiz ki, ölkənin gələcəyinə cavabdeh olan təhsil sistemi bu islahatların önündə gedir. Hazırda qarşıda duran əsas məsələlərdən biri məktəbdaxili rəhbərlik və nəzarət sisteminin müasir tələblərə uyğun qurulmasından ibarətdir ki, hətta ucqar dağ rayonlarda bu istiqamətdə ciddi iş aparılır.