Sosial
Çiyələk alarkən nəyə fikir vermək lazımdır?
Mövsümi dəyişikliklə əlaqədar olaraq bazarlarda meyvə və giləmeyvələrin satışı üstünlük təşkil edir. Havaların nisbətən mülayimləşməsi bazarlara yeni kənd təsərrüfatı məhsullarının çıxarılmasına səbəb olub.
Ev şəraitində konservləşdirmə zamanı qida təhlükəsizliyi necə qorunur?
Mövsümlə əlaqədar olaraq qida zəhərlənmələri hadisələri tez-tez baş verir. Bəzən qida zəhərlənmələri meyvə-tərəvəz məhsullarından, onlara kimyəvi maddələrin normadan artıq verilməsindən baş verirsə, bir çox hallarda bu kimi zəhərlənmə halları konservləşdirilmiş məhsullardan meydana gəlir.
Təhsil Nazirliyi "Təhsil haqqında" qanunla bağlı yeni təkliflər paketi hazırlayıb
Təhsil Nazirliyi "Təhsil haqqında" qanuna bir sıra dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlayıb. Məlumata görə, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.
Yeni nazirdən məktəbəqədər təhsil müəssisələrinin yenidən nazirliyin tabeliyinə verilməsi məsələsinə münasibət
Təhsil naziri Ceyhun Bayramov ombudsman Elmira Süleymanovanın məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması ilə bağlı təklifinə münasibət bildirib.
Kənd Təsərrüfatı Nazirliyində yeni sözçü
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov vəzifəsindən azad olunub. Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.
1 146 məktəbli növbəti mərhələyə vəsiqə qazanıb
Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb. “OLAYLAR” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, olimpiadanın məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə 310 məktəbdən 15 minə yaxın şagird iştirak edib.
AzTU-da Almaniya ali təhsilinin təqdimatı keçirilib
Aprelin 24-də Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün “WORLD LANGUAGE CENTER” şirkətinin nümayəndələri tərəfindən Almaniya ali təhsilinin təqdimatı keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, təqdimatda AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov tələbələrə Almaniya ali təhsili haqqında qısa məlumat verərək qeyd edib ki, azərbaycanlı tələbələr Avropada, xüsusi ilə də Almaniyada təhsil almaq imkanına malikdirlər. Sübhan Namazov bildirib ki, son illər ölkələrimiz arasında yaranan qarşılıqlı dostluq münasibətləri azərbaycanlı gənclərə Almaniyada təhsil almağa və bu ölkədə uğurlu karyera qurmağa geniş imkan yaradıb. Prorektor qeyd edib ki, AzTU-nun dünyanın bir sıra universitetləri, o cümlədən Avropa, Amerika Birləşmiş Ştatları, Türkiyə, Müstəqil Dövlətlər Birliyi və Şərqi Asiya ölkələrinin universitetləri ilə mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələri tələbələrin mübadilə proqramlarında iştirak etməsinə də şərait yaradıb. Həmçinin, son illər universitetlər arasında imzalanan ikili diplom müqavilələri çərçivəsində bəzi ixtisaslara dair dünyanın qabaqcıl universitetlərinin diplomlarına yiyələnmə imkanının yarandığını deyən professor Sübhan Namazov, bundan sonra da AzTU-nun müasir, inkişaf etmiş elm-təhsil prosesinə inteqrasiyasının sürətləndirilməsi üçün önəmli addımlar atılacağını bildirib.
“Youtube” milyonlarla videonu silib
Diaspor Komitəsinin yeni sədri: “Heç biriniz diqqətdən kənarda qalmayacaqsınız”
“Əziz dostlar və xaricdə yaşayan həmvətənlərimiz! Bu yüksək etimada görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Mənə ünvanladığınız çoxsaylı təbrik məktubları, mesajları və zənglərə görə hər birinizə minnətdaram.
Təbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb
Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində işlər yüksək keyfiyyətlə aparılır. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, 3.5 km uzunluğa malik küçənin artıq 1.1 km əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
“Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı keçiriləcək
Azərbaycan Dövlət Musiqili Tetarında “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalınını Qala konserti keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, qala konsert myuzikl tamaşa formatında olacaq. Cari ilin 3-6 aprel tarixlərində festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 15 yaxın ali təhsil müəssisəsindən 800-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını nümayiş etdiriblər.
Hansı bürclər daha yaxşı yola gedir?
Bir-biri ilə yaxşı anlaşan və heç yola getməyən bürcləri təqdim edir:
Yeni nazir: "Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusu da əsaslı təmir olunacaq"
Son illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ali təhsil müəssisəsi kimi cəmiyyətdəki nüfuzu artıb. Məlumata görə, bunu təhsil naziri Ceyhun Bayramov bildirib. Nazirin sözlərinə görə, son 4 ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə qəbulu planı 67 faiz artıb: "Universitetin tələbə dolma faizi 100 faizə yaxın olub. Xarici dildə tədris aparan ixtisasların sayı 4-dən 19-a yüksəldilib".














