Təbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb

Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində işlər yüksək keyfiyyətlə aparılır.  Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, 3.5 km uzunluğa malik küçənin artıq 1.1 km əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində işlər yüksək keyfiyyətlə aparılır.  Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, 3.5 km uzunluğa malik küçənin artıq 1.1 km əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Bundan başqa təmir-tikinti işləri zamanı küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində 500 kv.m sahədə 150 metr uzunluğunda və 2-4 metr enində yeni yol ayrıcı inşa olunub, yeni işıq dirəkləri quraşdırılıb. Yeni inşa edilən yol ayrıcına, həmçinin Əhməd Rəcəbli və Həsənoğlu küçələri arasında yerləşən hissədə mövcud yol ayrıcına 755 kv.m tamet daşları döşənib. Məqsəd həmin ərazidə avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini təmin etməkdir. Təbriz küçəsinin yenicə təmirdən çıxmış hissəsində mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə 6 ədəd yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin dəmir-beton hissələri qaldırılaraq 30 ədəd yeni baxış qapaqları qoyulub. Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənir, 8 yerdə avtobus dayanacaqlarının önündə xüsusi "cib"li hissələr yaradılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31