Sosial

Qızını itirən azərbaycanlı aparıcı fəryad etdi: Bəlkə günah etdim, səni ALLAH qədər sevdim 

25 Aprel 2018 11:30

40 gün əvvəl körpə övladını itirən aparıcı Elvin Basqallı ürəkləri dağlayan paylaşım edib. "Space” telekanalının xəbər aparıcısı ürək çatışmazlığından vəfat edən 1 yaşlı Fidana bu sözleri ünvanlayıb:  "400 gün səninlə, 40 gün sənsiz.Sən yerə ayaq basdığın günü, Mən yerdən öpərəm, yer ayağından!

İqlim dəyişmələri haqqında konfrans 

25 Aprel 2018 10:47

Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Petteri Taalasın Azərbaycana səfəri çərçivəsində 24 aprel 2018-ci il tarixində “Hyatt Regency” mehmanxanasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “İqlim dəyişmələrinə adaptasiya sahəsində meteorologiya təşkilatlarının vacib rolu” mövzusunda Konfrans keçirilib.

Azərbaycan “Vikimedia konfransı” adlı beynəlxalq tədbirdə

25 Aprel 2018 09:48

Almaniyanın paytaxtı Berlində dünyanın 100-dək ölkəsindəki vikimedia təşkilatlarının 300-dən artıq nümayəndəsinin iştirakı ilə “Vikimedia konfransı” adlı beynəlxalq tədbir keçirilib. Konfransın təşkilatçısı olan Vikimedia Fondu “Vikipediya”, “Vikikitab”, “Vikilüğət”, “Vikimənbə” və digər vikilayihələri idarə edən qeyri-kommersiya təşkilatıdır.

Rusiyalı nümayəndələrə AZINNEX barədə təqdimat edildi

25 Aprel 2018 09:38

Rusiya Federasiyasının Ulyanovsk vilayətinin dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz - İnternet Texnologiyaları İnkişafı Korporasiyasının direktoru Svetlana Opyenışevanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” modeli ilə tanış olmaq məqsədilə ölkəmizdə səfərdədir.

Oğuzda qeyri-adi toy - Video

25 Aprel 2018 09:36

Oğuzda maraqlı toy keçirilib.  Gəlin şadlıq sarayına avtomobillə yox, faytonla gedib. Bu, onun toyla bağlı ən böyük arzusu olub. Türkiyənin Ankara şəhərindən olan Erhan Bayara ərə gedən Oğuz rayon sakini Səkinə İsayeva ən qədim adətlərimizdən birini reallaşdırıb.

Türk Universitetlər Birliyinin III Ümumi Yığıncağı

25 Aprel 2018 09:33

Azərbaycan Dillər Universitetinin  Beynəlxalq Əlaqələr üzrə prorektoru Jalə Qəribova Bişkekin Qırğızıstan-Türkiyə Manas Universitetində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyinin III Ümumi Yığıncağında iştirak edib. Yığıncaqda ADU TDƏŞ nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyinə üzv seçilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyi türkdilli ölkələr arasında işbirliyini təmin edən beynəlxalq qurum olaraq 2009-cu ildən fəaliyyət göstərir. Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan adıçəkilən Şuranın yaradıcılarıdır.

Bürclər – 25 aprel

25 Aprel 2018 06:17