“Youtube” milyonlarla videonu silib
25 Aprel 2018 13:15 Sosial"Youtube" irqçi, cinsi zorakılıq əlamətləri olan və uşaqlar üçün zərərli videoları silməyə davam edir.
Şirkət üç ayda 8,3 milyon video silib.
Bu barədə "Google" şirkəti məlumat yayıb.
Videoların silinməsinin ən maraqlı tərəfi isə 80%-nin xüsusi aparatlar tərəfindən həyata keçirilməsidir.
"Youtube" tərəfindən verilən açıqlamaya görə, videoların 76%-i, təxminən 6,7 milyonu isə yayıma girmədən silinib.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31