Təhsil Nazirliyi "Təhsil haqqında" qanunla bağlı yeni təkliflər paketi hazırlayıb
Təhsil Nazirliyi "Təhsil haqqında" qanuna bir sıra dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlayıb. Məlumata görə, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.
25 Aprel 2018 13:30 SosialTəhsil Nazirliyi "Təhsil haqqında" qanuna bir sıra dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlayıb. Məlumata görə, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, "Təhsil haqqında" qanun 2009-cu ildə qəbul olunub. Buna görə də qanunda bir sıra yeniliklərin edilməsinə, bəzi dəqiqləşdirmələrin aparılmasına, o cümlədən Təhsilin Inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrin icra edilməsinə ehtiyac var:
"Güman edirəm ki, yaxın müddət ərzində "Təhsil haqqında" qanuna dəyişikliklərin edilməsi üçün hazırlanmış təkliflər paketi baxılması üçün Milli Məclisə təqdim ediləcək. Qanuna dəyişikliklərin edilməsi təhsilin əlçatanlığının təmin edilməsinə , qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycanın təhsil sistemində tətbiqinə əhəmiyyətli töhfə verəcək". Trend.az