Tağıyevin qızlar məktəbi (1901)
Bakıda Əlyazmalar İnstitutunun binası əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi olub. Tağıyev gəncləri öz hesabına təhsil almağa göndərirdi.
25 Aprel 2018 15:27 SosialBakıda Əlyazmalar İnstitutunun binası əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi olub. Tağıyev gəncləri öz hesabına təhsil almağa göndərirdi.
Hacı Zeynalabdin Tağıyev: "Bir kişi təhsil alarsa, bu, yalnız savadlı bir insan olması deməkdir. Amma bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir"
Lakin milyonçunun bu təşəbbüsü mühafizəkarları və ruhaniləri əsəbləşdirir. Binanın yerində cümə məscidi tikilməli imiş. Tağıyev Məkkə kimi dini mərkəzlərdən möhürlənmiş sənədlər gətirir ki, dində qızların təhsil alması günah deyil. Bina Şərq məscidi üslubunda tikilir. Bu iş memar Qoslaviskiyə həvalə olunur. Tikintiyə 183 min rubl xərclənir. Həsən bəy Zərdabi, xanımı Hənifə Məlikova, H.Z.Tağıyevin ikinci xanımı Sona Tağıyeva, Əlimardan bəy Topçubaşov və digər ziyalılar binanın tikintisi üçün hər şey edirlər. 1901-ci il sentyabrın 5-də burada dərslər başlayır. Bu, müsəlman şərqində ilk dünyəvi qızlar məktəbi idi. Tağıyev kasıb ailələrin qızlarının kirayə haqqını, geyim xərclərini ödəyirdi. O, varlı ailələrdən qəbulu məhdudlaşdırmışdı. Həsən bəyin xanımı Hənifə Məlikova məktəbin direktoru idi. Bir neçə il sonra məktəb "Qızlar seminariyası" adını aldı. Qızlar ağ yaxalıqlı, başlıqlı uniforma geyinirdilər. Sonralar sovet məktəblərinin uniforması da buradan götürülmüşdü.
1918-ci il mart qırğınlarında məktəb bağlandı. Lakin orada onlarla ziyalı Azərbaycan qadını yetişdi.
Olaylar.az "Belə belə işlər"-ə istinadən