Şagirdlərdə mütaliə vərdişləri yaratmaq vacib şərtdir

Ölkəmiz son zamanlar çiçəklənən bir dövrə qədəm qoyub. Bütün sahələrdə əsaslı islahatlar durmadan artır. Şübhəsiz ki, ölkənin gələcəyinə cavabdeh olan təhsil sistemi bu islahatların önündə gedir. Hazırda qarşıda duran əsas məsələlərdən biri məktəbdaxili rəhbərlik və nəzarət sisteminin müasir tələblərə uyğun qurulmasından ibarətdir ki, hətta ucqar dağ rayonlarda bu istiqamətdə ciddi iş aparılır.

Məktəbdə nəzarət sistemi düzgün və obyektiv qurulmalıdır

Ölkəmiz son zamanlar çiçəklənən bir dövrə qədəm qoyub. Bütün sahələrdə əsaslı islahatlar durmadan artır. Şübhəsiz ki, ölkənin gələcəyinə cavabdeh olan təhsil sistemi bu islahatların önündə gedir. Hazırda qarşıda duran əsas məsələlərdən biri məktəbdaxili rəhbərlik və nəzarət sisteminin müasir tələblərə uyğun qurulmasından ibarətdir ki, hətta ucqar dağ rayonlarda bu istiqamətdə ciddi iş aparılır. Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbin direktoru Zaur Abasov bildirib ki, 19 iyun 2009-cu ildə qəbul edilmiş " Təhsil haqqında" qanun və 24 oktyabr 2013-cü ildə prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsil sistemində köklü islahatların daha da intensiv mərhələyə qədəm qoymasına şərait yaradıb: "Strateji istiqamət və hədəflər tam aydınlığı ilə bu sənəddə öz əksini tapıb. Strategiyanın həyata keçirilməsi üçün fəaliyyət planın təsdiq olunması və mərhələlərlə, sistemli olaraq yerinə yetirilməsı hamiya məlumdur. Strateji istiqamətlərdən biri "Müasir tələblərə cavab verən və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması"dır. Hələ bu proses 2003- cü ildən sürətlə bütün regionlarımızda davam edir. "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 10 illik tədbirlər planı"nda məktəblərin infrastrukturuna böyük vəsait ayrılıb, ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi artıb, infrastruktur müasirləşdirilib. 2008-ci ildən davamlı olaraq məktəblərimiz İKT avadanlıqları ilə təchiz olunub, internet xətləri çəkilib. Azərbaycan Respublikasının Birinci Vitse-prezident, "Heydər Əliyev fondu"nun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2005-ci ildən başlayaraq "Yeniləşən Azərbaycana yeni məktəblər "layihəsi adı altında ölkənin bütün bölgələrində müasir standartlara cavab verən yeni məktəblər inşa edilib. İKT nailiyyətləri tətbiqinin verdiyi rahatlıqla ölkənin bir çox yerlərində "Elektron məktəb" layihəsi tətbiq olunur. Ucqarlarda,o cümlədən rayonumuzda da müasir tipli məktəblər qisa müddətdə tikilib təhvil verilib. Məktəblərin kadr təminatı ilə bağlı əsaslı addımlar atılıb, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi prosesi şəffaf şəkildə həyata keçirilir". Onun sözlərinə görə, strateji istiqamətlərdən biri "Nəticəyə gorə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin yaradılması"dır: "Bir neçə ildir ki, məktəb rəhbərliyinin işə qəbulu da şəffaf şəkildə müsabiqə vasitəsi ilə aparılır. Bu il kecirilən müsabiqədə uğurlu nəticə əldə etdiyim üçün cənab nazirin əmri ilə Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbinə direktor təyin olunmağım, kadr cəhətdən yeni islahatların aparılmasına bariz nümunədir. Həyatda bizim kimi təhsil işçilərinə heç nə qızıl boşqab içərisində hədiyyə olunmamışdır. Çıxdığımız heç bir yol "ipək yolu" deyil, əldə etdiyimiz nə varsa, gərgin əməyin, zəhmətin, böyük mübarizələrin, yuxusuz gecələrin, bir çox büdrəmələrin, uğursuzluqların, bəzən vazkeçişin, ən əsası təhsil sisteminə rəhbərlik edən şəxslərin diqqət və qayğısının, etimadının nəticəsidir. Hər bir yolun başlanğıcında bir bilinməzlik, tərəddüd, bir gərginlik və qorxu olur. Bu yol da bizim üçün yenidir. Bu günə kimi bu yolun iştirakçısı, indi isə müasir idarəedici kimi fəaliyyətimiz davam etdiririk. Bu günə kimi təkcə müəllim kimi şagirdlərə görə məsuliyyət daşıyırdıqsa, bundan sonra şagird və müəllimlərin, məktəbdə çalışan işçilərin məsuliyyəti, valideyn və təhsil idarəedicilərin nəzarəti daima üstümüzdədir. Bu məsuliyyətin nə qədər şərəfli olduğunu qəbul edərək, məktəbdaxili rəhbərlik və nəzarət sisteminin müasir tələblərə uyğun qurulması üçün bəzi mülahizələrimi, arzu və istəklərimi, təkliflərimi anlatmaq çox şərəflidir. Zənnimcə, müəssisədə sağlam mənəvi-psixoloji mühiti formalaşdırmaq vacib şərtdir. Hər bir yerdə ilk işimiz insanlarla tanışlıqdır. Məktəbdə müxtəlif xarakterli insanlar olur, onlarla fərdi yanaşmaq, istək və arzularını diqqət mərkəzində saxlamaq vacibdir. Məktəbdə sənədləşmə ən incə nöqtədir. Vacib hüquqi -normativ sənədlərdə edilən adi hərf səhvi, bəzən həyati əhəmiyyət daşiya bilər. Sənədləri qaydasına salmaq ən vacib işlərdəndır. Keçmişi bilmədən, gələcəyi qurmaq olmaz. Odur ki, məktəbin ən azı 3 illik və carı nəticələrini təhlil etmək, fəaliyyət planı hazırlamaqda böyük fayda vardır. Hər bir məktəb müəyyən icmada yerləşir. Hər bir icmanın yerli xarakter xüsusiyyətləri, adət-ənənələri mövcuddur. Məktəbin şagirdləri həmin icmadakıların övladları olduguna görə onları tanımaq, vaxtaşırı valideyn iclasları keçirmək, onların istək və arzularını, şikayətlərini dinləmək və nəticə çıxarmaq vacib məsələdir".
Z.Abasov bildirib ki, məktəbin idarəolunması həm də ictimai xarakter daşıyır. Həyatımızın bütün mərhələlərində biz nəzarət altındayıq: "Uşaq vaxtı valideynlərimizin, yaxınlarımızın, məktəbdə müəllimlərimizin, işdə rəhbərliyin, bütün ömrü boyu isə Yaradanın. Bəlkə də, insanlara nəzarət olmasaydı xaos və anarxiya baş alıb gedərdi. Məktəbdə də nəzarət sistemi düzgün və obyektiv qurulmalıdır. Nəzarət etmək uğura gedən yolda bir açardır. Bəs buna necə nail olmaq lazımdır? Əvvəlcə,məqsəddən başlamaq lazımdır. Həyatda məqsədsiz heç bir uğur əldə etmək olmaz. Sonra isə rəhbərlik edəcəyimiz obyektimizi seçməliyik. Nəyə nəzarət edirəm və niyə? Nə vaxt və necə yoxlayacağam? Kimi yoxlamalıyam və nəticəsi nə olacaq? Nə vaxt və necə yoxlayacağam? Suallara cavab üçün məktəbdaxili nəzarətin bir çox növlərindən istifadə etmək olar. Eyni zamanda, müxtəlif əhatə dairəli anketlər hazırlamaq çox səmərəli ola bilir, bu anketlərdə həm təhsilalanlar, həm də təhsilverənlərin problemləri yer almalıdır. Məktəbin agciyəri sənədlərdir, yanlışlıq bizi sanki, nəfəs almaqdan məhrum edə bilər. Monitorinqlərin sistemli və davamlı təşkil edilməsi, mövcud problemlərin həllində müsbət rol oynayır. Ən vacib dayanılası məqam şagirdlərin təlim nəticələridir. Nəticə yoxdursa, məktəb də yoxdur, hansı nəzarətdən söhbət gedə bilər. Bunun üçün davamlı olaraq nəticələr yoxlanılmalı, çətinlik çəkdikləri fənlər müəyyənləşdirilməli, problemin həlli yolu tapılmalıdır. Bundan başqa, məktəbdaxili qiymətləndirmə təhsilin qurtuluş yollarından biridir, onun köməkliyi ilə təhsilin gələcəkdəki inkişaf yolu müəyyənləşdirildi. Müasir qiymətləndirmə sayəsində onların nəyi bildiklərini, hansı səviyyədə olduqlarını ortaya çıxarırıq. Şagirdlərin təhsildə hər addımı izlənilir. Şagirdlərdə mütaliə vərdişləri yaratmaq, asudə vaxtlarının səmərəli keçirilməsinə tövsiyələr vermək, istedadlarını aşkara çıxarmaq, müxtəlif dərnəklərdə, dərsdənkənar məşğələlərdəki fəaliyyətini izləmək, qayğı göstərmək vacib məqamlardandır". Onun sözlərinə görə, ümumtəhsil məktəblərində biliyin vahid formada qiymətləndirməsi 9-cu sinifdən təşkil olunur: "Təəssüflər olsun ki, bəzən 8 il gözləyib, son 1 ildə 9 ilin işini görməklə kifayətlənib, nəticə gözləyənlərə də rast gəlmək olur. Məktəbdəki şagirdlərin hamısının öyrənmə səviyyəsi əlbəttə ki, eyni deyildir. Buraxılış imtahanı olan fənləri tədris edən müəllimlərin çiyninə ağır yük düşür, bu müəllimlərin peşəkarlıq səviyyəsi nə qədər yüksək olarsa, nəticələr də bir o qədər ürək açan olacaqdır. Bunun üçün şagird irəliləyişlərini öyrənmək üçün vaxtaşırı monitorinqlər keçirilməli, komanda şəklində təhsilverənləri səfərbər etmək lazımdır. Obyektiv nəzarət sistemi qurmaq, ayrıseçkiliyə və ədalətsizliyə yol verməmək, şagirdin mükəmməl təhsil almasını düşünmək mütləq şərtdir. Buna sahib olan hər bir direktora dağa, daşa düşmək lazım olmayacaq. Təməli düzgün atılmış binaya sonradan dayaq vurmaq lazım gəlmir. İnnovativ fəaliyyət göstərmək isə ən əsas şərtdir. Həmçinin, yenilkiləri tətbiq etmək, yeniliyi özün axtarmaq, təkrarçılığa yol verməmək, daim ideay axtarışında olmaq rəhbərin ən üstün keyfiyyətlərindən sayılır. Bunlar üçün isə yalnız və yalnız işləmək, əmək sərf etmək, mütaliəni artırmaq lazımdır".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31