Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yarış keçirilib
25 Aprel 2018 15:28 SosialTəhsil Nazirliyinin tabeliyində olan 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Keçmişimiz, bu günümüz, gələcəyimiz!" mövzusunda breyn-rinq intellektual bilik yarışmasının ikinci- rayon mərhələsi keçirilib. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkar etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Bilik yarışmasında məcburi köçkün rayonlarının Bakıda yerləşən ümumi təhsil müəssisələrindən VII-IX siniflər üzrə intellektual səviyyəsi, hazırlığı ilə seçilən 390 şagirddən ibarət 65 komanda iştirak edib.
Rayon mərhələsinin birinci günündə Şuşa, Laçın, Zəngilan, Qubadlı, Xocavənd, Kəlbəcər, Ağdam rayonunun məktəblərindən 35, ikinci günü isə Xocalı, Füzuli, Ağdam, Сəbrayıl rayon məktəblərindən 30 komanda iştirak edib.