Sosial

Anardan daha bir təəccübləndirən makiyaj - Video

6 İyun 2018 10:36

Stilist Anar Ağakişiyev bu dəfə üzündə anadangəlmə ləkə olan xanıma makiyaj edib. Stilist makiyajla onun üzünü tamam dəyişib. Anar bununla bağlı videonu sosial şəbəkədə paylaşıb.

"Ətraf ərazilərdə 6 bala yaxın yeraltı təkan hiss edilib" - RƏSMİ AÇIQLAMA

6 İyun 2018 10:35

Ötən gün axşam saatlarında respublikanın Şimal-qərb bölgəsində 6 maqnituda gücündə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən Olaylar.az-a verilən məlumata görə zəlzələnin şiddəti ətraf ərazilərdə də hiss edilib. Mərkəzin İnformasiya şöbəsindən Vüsalə Rafiqqızının verdiyi məlumata görə, zələzələ 5 iyun yerli vaxtla saat 22:40-da, Zaqatala rayonu ərazisində baş verib. Zəlzələnin maqnitudası 5,5, episentri yerin 19 km dərinliyində olub:

Vəzifəli şəxsə 2000 manat məbləğində cərimə tətbiq edildi

6 İyun 2018 10:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı Xaçmaz rayonu Xudat şəhəri ərazisində məişət tullantılarının qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.

Sabiq icra başçısının ölkədən çıxışına qadağa qoyulub - 15 nəfərin ölüm işi ilə bağlı

6 İyun 2018 10:19

 Ötən gun ölkəni tərk edərək Almaniyaya köçdüyü deyilən sabiq icra başçısının vəziyyəti əslində mətbutada yazılan kimi deyil. Criminal.az saytına daxil olan məlumata görə, Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun ölkədən çıxışına qadağa qoyulub.

“2030 Gündəliyinin ətraf mühit aspektləri”mövzusunda Milli Gənclər Forumu 

6 İyun 2018 10:16

Bakı Konqres Mərkəzində “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda İDEA İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Milli Gənclər Forumu keçirilib. Olaylar.az bildirir ki, Ümumdünya Ətraf Mühit günündə keçirilən tədbirin məqsədi gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri (DİM), xüsusən onların ekoloji aspektləri haqqında maarifləndirmənin artırılması, eləcə də gəncləri DİM səfirləri olmağa sövq etmək və  2030 Gündəliyinin həyata keçirilməsində onların rolunu gücləndirməkdən ibarətdir.

Özəl klinikalarda körpələrə tibbi yardımla bağlı problemlər var

6 İyun 2018 09:26

“Özəl klnikaların demək olar ki, hamısında yeni doğulan körpələrə ilkin tibbi yardım xidmətləri göstərilir. Ancaq təəssüf ki, özəl klinikaların hamısında ağır vəziyyətdə doğulan körpələrə ilkin tibbi yardımdan sonra tələb olunan yüksək səviyyəli tibbi tədbirlərin göstərilməsi üçün müvafiq şərait yoxdur”. Bunu Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib.

Həbsdən təzə çıxan kişidən DƏHŞƏTLİ ƏMƏL: arvadını və uşaqlarını...

6 İyun 2018 09:21

Bakının Nərimanov rayonunda bir ailənin üç üzvü döyülüb. Əliyar Əliyev küçəsi, 7 ünvanında yaşayan Xanlar Qurbanov evə gələrək ailə üzvləri ilə mübahisə edib. O, əvvəlcə 1997-ci il təvəllüdlü oğlu Sirac Qurbanovu döyərək ona xəsarətlər yetirib. Bununla hirsi soyumayan X.Qurbanov 1969-cu il təvəllüdlü həyat yoldaşı Qurbanova Reyhan Çingiz qızını da döyüb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.