Seysmoloji Xidmət Mərkəzi Zaqatalada zəlzələ ilə əlaqədar tədqiqat aparacaq
6 İyun 2018 09:48 SosialZaqatalada dünən axşam baş verən zəlzələ ilə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları əraziyə yollanıb.
Bu barədə APA-ya Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib.
Q. Yetirmişli bildirib ki, xidmət əməkdaşları ərazidə tədqiqat aparacaq: "Hazırda əraziyə gedirik. Zəlzələ ocağında prosesin necə getdiyi araşdırılacaq. Bu işlərdən sonra zəlzələnin baş vermə səbəbləri və gərginliyin artma ehtimalının olub-olmadığı ilə bağlı ictimaiyyətə dəqiq məlumat veriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31